16 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dəyişikliklər sahibkarlara əlavə stimul verir

Dəyişikliklər sahibkarlara əlavə stimul verir

"Coca-cola" şirkətinin baş mühasibi Qabil Aslanov vergi islahatlarına münasibət bildirərək deyib ki, yanvarın 1-dən tətbiq edilən dəyişikliklər iqtisadiyyatın şəffaflaşdırılmasına, uçot sisteminin dürüstləşdirilməsinə, sahibkarlığın inkişafına yönəldilmiş dövlət proqramının tərkib hissəsidir: "Biz bu islahatları alqışlayırıq, Vergilər Nazirliyinin iqtisadiyyatın şəffaflaşdırılması istiqamətindəki fəaliyyətini dəstəkləyirk".

Yeni dəyişiklikləri sahibkarlığın inkişafını stimullaşdıran vacib amil kimi dəyərləndirən baş mühasib deyib: "Vergi Məcəlləsinə dəyişikliklər bizə əlavə stimul verir. Çünki işçilərin əməkhaqqından gəlir vergisinə güzəştlərin tətbiq edilməsi və müəssisənin özünün sosial sığorta yükünün azaldılması sahibkarın xərclərini azaldan, mənfəətini isə artıran mühüm addımlardır".

Qeyd olunub ki, kiçik və orta biznesin inkişafına yönəldilmiş islahatlar Azərbaycanın regionlarında fəaliyyət göstərən şirkətlər üçün daha geniş imkanlar yaradacaq: "Bu dəyişikliklər kiçik və orta biznesin, o cümlədən "Coca-cola"nın regionlardakı partnyorlarının fəaliyyətini dəstəkləyir, onlar üçün əlavə stimul yaradır. "Coca-cola" şirkəti daha çox istehsalla məşğul olduğundan hazır məhsulun yerlərdə satışı məsələlərinə lazımi səviyyədə diqqət yetirə bilmir. Ona görə də bölgələrdə fəaliyyət göstərən partnyorlarımızla daha çox işləmək məcburiyyətindəyik.

İşçilərin əməkhaqqından gəlir vergisinə güzəştlərin tətbiq edilməsi və
müəssisənin özünün sosial sığorta yükünün azaldılması
sahibkarın xərclərini azaldan, mənfəətini isə artıran mühüm addımlardır

Biz hazırda vergi sistemindəki dəyişikliklərin mahiyyətini onlara izah etməyə çalışır, uçotla bağlı çətinliklərin aradan qaldırılmasına kömək edirik. Niyyətimiz daha çox gəlir qazanmaqla dövlətə daha çox vergi ödəməkdir. İşçilərimiz də pensiya yaşına çatanda normal pensiya ala bilməlidirlər".

İslahatların regionlarda iş yerlərinin artırılmasına mümkün təsirlərinə gəlincə, "Coca-cola" təmsilçisi bildirib ki, şirkətin bölgələrdəki tərəfdaşları işçilərini qeydiyyatdan keçirirlər və onların sosial müdaifəsini təmin edirlər: "Amma regionlarda qeyri-rəsmi işçilər də çoxdur və ümid edirik ki, bu dəyişikliklərdən sonra onların hamısı rəsmi qeydiyyata alınacaq və əmək müqaviləsi əsasında işləyəcəklər. Çünki sənədsiz mal satışı bazarda sağlam rəqabəti pozur. Haqsız rəqabətin aradan qalxdığı şəraitdə şəffaf, doğru-dürüst işləyən müəssisələrin gəlirləri artacaq və nəticədə onlar daha çox işçi cəlb etməklə iş yerlərinin sayını artırmağa nail olacaqlar".

Elxan SALAHOV

VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər?