20 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“AzerGold” və Asiya İnkişaf Bankı dağ-mədən sektorunda əməkdaşlığı müzakirə edib

“AzerGold” və Asiya İnkişaf Bankı dağ-mədən sektorunda əməkdaşlığı müzakirə edib

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal ilə görüşüb.

QSC-dən verilən məlumata görə, görüş zamanı Zakir İbrahimov Cəmiyyətin 10 illik fəaliyyəti ərzində əldə etdiyi nailiyyətlər, ölkənin mineral-xammal potensialının öyrənilməsi və dağ-mədən sənayesinin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb.

Sunniya Durrani-Camal bankın fəaliyyət istiqamətləri və özəl sektorun maliyyələşdirilməsi üzrə strateji hədəfləri barədə məlumat verib. O, AİB-in kritik mineralların hasilatı və emalı sahəsində yeni maliyyələşdirmə mexanizmlərini tətbiq etdiyini bildirərək, dayanıqlı inkişafı, məşğulluğun artırılmasını və regional iqtisadiyyatın gücləndirilməsini dəstəkləyən layihələr üzrə əməkdaşlığa maraq göstərdiklərini qeyd edib.

Müzakirələr zamanı “AzerGold” QSC-nin strateji layihələri, o cümlədən Balakən rayonunda yerləşən Filizçay polimetal yatağı üzrə texniki-iqtisadi əsaslandırma işləri, Şəmkir rayonunda Qərb Sənaye Parkında yaradılması planlaşdırılan, yaşıl enerji prinsiplərinə əsaslanan isti briketlənmiş dəmir (HBI) istehsalı kompleksi, eləcə də Söyüdlü (Zod) qızıl yatağının mövcud vəziyyəti və gələcək istismar planları diqqətə çatdırılıb.

Görüşün sonunda tərəflər texniki və maliyyə işçi qrupları səviyyəsində müntəzəm təmasların davam etdirilməsi və konkret layihələr üzrə əməkdaşlıq imkanlarının qiymətləndirilməsi barədə razılığa gəliblər.

VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu?