17 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi təsdiqlənib

Ödəmə mənbəyində tutulan verginin bəyannaməsi Vergi Məcəlləsinin 150.1-ci maddəsində göstərilən şəxslər tərəfindən (bu Məcəllənin 150.1.1-ci və 150.1.2-ci maddələrində göstərilmiş şəxslər, habelə yalnız daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı üzrə ödəmə mənbəyində vergitutma öhdəliyi yaranan sadələşdirilmiş verginin ödəyiciləri istisna olmaqla) tərtib və təqdim edilir. Bəyannamənin "Göstəricilər" və "Güzəştlər və azadolmalar" sətrinin xanalarında "Vergi Məcəlləsinin 102.1-ci maddəsinə əsasən azadolma və güzəşt hüququna malik fiziki şəxslərə ödənilən gəlirlər ("Muzdlu işçilərə ödənilən gəlirlər istisna olmaqla)", "Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrdə vergilərin aşağı dərəcəsi və ya vergilərdən tam azad olunma nəzərdə tutulduğu halda, məhdud vergitutmanın və ya azadolmanın əvvəlcədən tətbiq edilməsi ilə əlaqədar azaldılan vergi məbləği” sətri də daxil olmaqla, sətirlərin xanalarında göstərilən azad olan və güzəşt verilən vergi məbləğlərinin cəmi əks etdirilməlidir.

Bəyannamə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq təqdim edilməlidir.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?