25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Fərdi uçot sistemi gələcək üçün kapital yığmağa imkan yaradır

Fərdi uçot sistemi gələcək üçün kapital yığmağa imkan yaradır

2019-cu ilin 1 yanvar tarixinə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 3 milyon 736 min 551 nəfərə çatıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu barədə yaydığı məlumatda qeyd edilir ki, fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 169 min 806 nəfər və ya 4,8 faiz artıb.

Fərdi uçot sistemində açılan fərdi hesab sığortaolunanın gələcək pensiya təminatı hüququnun reallaşdırılması üçün tələb olunan mühüm məlumatları özündə əhatə etməklə, vətəndaşa sosial sığorta sistemində iştirak etmək və öz gələcək pensiya təminatı üçün kapital toplamaq imkanı verir. Sosial sığorta ödənişləri nəticəsində öz fərdi hesabında pensiya kapitalını mütəmadi olaraq artıran şəxs bununla gələcəkdə ona təyin ediləcək pensiyanın məbləğini də artırmış olur. Pensiya qanunvericiliyinə əsasən, hər ilin əvvəlində pensiyalarla yanaşı, sığortaolunanların fərdi hesablarındakı sığorta kapitalı da indeksləşdirilərək artırılır.

Vətəndaşlar "e-sosial" internet portalında özlərinə aid müxtəlif məlumatlarla yanaşı, "Fərdi şəxsi hesab" bölməsi vasitəsilə hesablarındakı pensiya kapitalı barədə də məlumat əldə edə bilirlər.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?