19 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakıda vergitutma mövzusuna həsr olunmuş regional tədbir keçiriləcək

Qloballaşma şəraitində milli iqtisadiyyatların və bazarların inteqrasiyası yeni və daha təkmil beynəlxalq vergi standartlarının hazırlanmasına zərurət yaradıb. Bu baxımdan, "İyirmilər qrupu" (G20) və OECD tərəfindən "Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinə (BEPS) qarşı tədbirlər paketinin tətbiqi üzrə İnklüziv Çərçivə" layihəsi hazırlanıb.

Bu tədbirlər paketi vergitutma bazasının aşınmasına imkan yaradan hallarla mübarizə məqsədilə dövlətlərin daxili qanunvericilikləri və bağladıqları beynəlxalq sazişlərdə OECD tərəfindən standart kimi qəbul edilən müddəaların əksini tapmasını nəzərdə tutur. Hazırda layihəyə 134 ölkə qoşulub.

Oktyabrın 8-10 tarixlərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) və Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə "Avrasiya ölkələri üçün Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi" layihəsinə (BEPS) həsr olunan 5-ci regional iclas keçiriləcək. OECD və IOTA-nın birgə təşkilatçılığı ilə hər il keçirilən tədbirin əsas məqsədi BEPS-in Avrasiya ölkələrində tətbiqi prosesinin ətraflı müzakirəsi üçün səmərəli platforma yaratmaqdır. Qeyd edilməlidir ki, OECD-nin vergi məsələləri üzrə əsas orqanı olan Vergi Siyasəti və İnzibatçılığı Mərkəzinin Qlobal əlaqələr və inkişaf şöbəsinin rəhbəri Ben Dikinson tədbirdə iştirak etmək üçün Azərbaycana gələcək.

Oktyabrın 8-də işə başlayacaq açıq sessiyalarda yerli və xarici dövlət orqanları, özəl sektor, təhsil müəssisələri, beynəlxalq və regional təşkilatlardan 80-ə yaxın nümayəndənin iştirakı gözlənilir.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?