26 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
"Vergini ödə. Heç kimi görmə. İşini gör"

"Vergini ödə. Heç kimi görmə. İşini gör" Video

Vergilər Nazirliyi cəmiyyətdə vergiləri könüllü ödəmə vərdişlərinin formalaşdırılması, ölkədə vergi mədəniyyətinin yüksəldilməsi istiqamətində məlumatlandırma və maarifləndirmə işlərini davam etdirir. Bütün bunların davamı olaraq, nazirliyin təşəbbüsü ilə bir neçə yeni sosial çarx hazırlanıb. Sosial çarxlarda dövlət-sahibkar münasibətlərinə yeni yanaşma, şəffaf biznes mühitinin yaradılması və vergi öhdəliklərini yerinə yetirməyin üstünlükləri haqqında fikirlər ictimaiyyətə fərqli tərzdə təqdim edilir.

Vergi ödənişlərinin yerinə yetirilməsinin cəmiyyət üçün faydaları ayrı-ayrı sektorlarda çalışan sahibkarlar vasitəsilə çatdırılır. Sosial çarxlarda təqdim edilən fikirlərə görə, şəffaflıq dövlət və sahibkar arasında qarşılıqlı inamı artırır, biznes təmsilçisinə etimadı yüksəldir və sahibkarlığın inkişafına səbəb olur. Könüllü vergi ödənilməsinə keçid vergi ödəyicisinin ünvanına getmədən, ödəyicinin özünün vergiləri doğru, düzgün və dəqiq hesablayaraq büdcəyə ödəməklə vətəndaşlıq borcunu yerinə yetirməsini nəzərdə tutur. "Vergini ödə. Heç kimi görmə. İşini gör" şüarı altında hazırlanmış videoçarxlar vergilərin şəffaf şəkildə və vaxtında ödənilməsini təbliğ edir.

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?