20 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Cari vergi ödəmələri haqqında arayış yeni qaydada təqdim ediləcək

Artıq oktyabrın 1-dən vergi ödəyiciləri 3-cü rüb üçün cari vergi ödəmələrinin hesablanması haqqında arayışı vergi orqanlarına təqdim etməyə başlayıblar. Bu yaxınlarda Vergilər Nazirliyi həmin arayışların formasında müəyyən dəyişikliklər edib:151.5 metodunu seçən vergi ödəyiciləri üçün nəzərdə tutulan bölmə digərindən ayrılaraq ayrıca bölmədə verilib. İndi hər bir üsula dair bütün məlumatlar ayrıca blokda yığılır. 

Vergi ödəyiciləri mənfəətin və vergi ödənişlərinin hesablanmasının əvvəlki qaydası ilə müqayisədə yeni formanın daha rahat və əlverişli olduğunu bildirirlər. Maliyyə mütəxəssisi, ekspert Vüqar Mirheydərov cari vergi ödəmələrinin hesablanması haqqında arayışın tərtib edilməsi qaydasını izah edib: "Bir daha xatırlatmaq istəyirəm ki, gəlirin (mənfəətin) hesablanması artan yekun əsasında aparılmalıdır. Yəni ayrıca üçüncü rüb deyil, ilin əvvəlindən üçüncü rübün axırına kimi əldə etdiyiniz gəliri (mənfəəti) formanın müvafiq xanasında qeyd etməlisiniz. Tutaq ki, birinci rübdə 2.000 manat, ikincidə 3.000 manat, üçüncüsündə 2.000 manat gəliriniz (mənfəətiniz) olubsa, 296-cı sütunda bu məbləğlərin cəmini, yəni 7.000 manat göstərməlisiniz. 297-ci sütunda, aşağıda göstərilən düstura uyğun olaraq mövcud vergi ödənişinin dəyərini müstəqil hesablamalı və qeyd etməlisiniz:

Cari Vergi Ödənişləri = 7000 * 20% * 75% = 1050 manat.

Qeyd etdiyiniz məbləğ düzgün hesablandığı halda, sistem avtomatik olaraq 298-ci sütunu Vergi Məcəlləsinin 102.1.30 və 106.1.20-ci maddələrində nəzərdə tutulan güzəştləri nəzərə alaraq (mikro-biznes subyektləri olan fiziki və hüquqi şəxslərin mənfəətinin 75 faiz mənfəət vergisindən azad edilməsi) hesablayır və doldurur:

1050 * 25% = 262,50 manat.

Bundan sonra "İrəli" düyməsini sıxaraq arayışı göndərmək olar. Həmin məbləğdən əvvəlki rüblərdə ödənilən vergi məbləğləri çıxıldıqdan sonra qalan hissə oktyabrın 15-dək vergi orqanının hesabına ödənilməlidir. Əgər fərq mənfi alınıbsa, 3-cü rüb üzrə heç bir ödəniş etməyə ehtiyac yoxdur. Eyni zamanda 3-cü rüb üzrə cari vergi ödəmələrinin hesablanması haqqında arayış oktyabrın 15-dək elektron qaydada və ya kağız formatda vergi orqanlarına təqdim edilməlidir.

VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir?