12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bəyannamədə istehsal prosesi ilə bağlı olmayan xərcləri necə göstərməli?

Hesablama metodu ilə uçot aparan istehsal müəssisə ilə bağlı müəyyən suallar yaranır. Bu suallardan biri belədir ki, 2018-ci ildə hazır məhsulunun istehsal edilməsinə 200 min manat xammal və material, istehsal prosesinə cəlb edilmiş işçilərin əməkhaqqına (o, cümlədən sosial sığorta) 50 min manat, istehsal prosesində istifadə olunan avadanlıqların amortizasiyasına 20 min manat və istehsal binası ilə bağlı sair məsrəflərə (icarə, kommunal, mühafizə və s.) 30 min manat xərclənib. Hesabat dövrü ərzində istehsal edilən hazır məhsulun yarısı satılıb. İstehsal prosesi ilə bağlı olmayan (yəni inzibati və satışla bağlı) xərclər 50 min manat təşkil edib (əməkhaqqı, icarə, kommunal, nəqliyyat, amortizasiya və sair). Belə olan halda 2018-ci ilin mənfəət vergisi bəyannaməsində xərc kimi istehsal prosesi ilə bağlı olmayan xərcləri (yəni inzibati və satışla bağlı) tam olaraq əks etdirmək olarmı? Əks halda hansı qaydaya istinad edilməlidir? Həmin bəyannamədə istehsal prosesi ilə bağlı xərcləri də tam əks etdirmək olarmı? 

Mövzu ilə bağlı Vergilər Nazirliyinin açıqlamasında bildirilib ki, hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Hesablama metodunun tətbiqi zamanı xərc əqddə və ya müqavilədə iştirak edən bütün tərəflərin əqd və ya müqavilə üzrə bütün öhdəlikləri yerinə yetirdiyi, yaxud müvafiq məbləğləri qeyd-şərtsiz ödədiyi vaxtda çəkilmiş sayılır.

Qeyd edilənlərə əsasən hazır məhsulun istehsalına çəkilmiş xərclər, o cümlədən əməkhaqqı və ona bərabər tutulan ödənişlər, istehsal prosesinə cəlb olunmuş əsas vəsaitlər üzrə amortizasiya ayırmaları həmin məhsulların dəyərini təşkil etdiyindən satılmayan məhsulların növbəti ildə təqdim edilməsi zamanı həmin məhsulların dəyərində olan xərclər təqdim edildiyi ildə gəlirdən çıxılan xərclərə aid edilir.

Bununla yanaşı, istehsal prosesi ilə bağlı olmayan xərclər (inzibati və satış xərcləri) məhsulun maya dəyərinə daxil edilmir və vergitutma məqsədləri üçün gəlirdən çıxılan xərclərə aid edilir.

Qeyd: Belə məqamlarda Vergi Məcəlləsinin 108-ci, 134-cü, 135-ci və 136-cı maddələrinə istinad edilir.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?