10 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qazaxıstanın Auditorlar Palatasının prezidenti: "Ətraf yenilənirsə, çiçəklənirsə, demək, burada biznes üçün əlverişli şərait yaradılıb"

Bakıda səfərdə olan Qazaxıstan Respublikası Auditorlar Palatasının prezidenti Sapar Koşkinbayev ölkənin vergi sistemindəki dəyişikliklər və "kölgə iqtsadiyyatı" ilə mübarizə istiqamətində görülən işlər barədə "vergiler.az"ın suallarını cavablandırıb.

- Cənab Koşkinbayev, Azərbaycanın vergi sistemi ilə Qazaxıstanın vergi sisteminin necə müqayisə etmək olar?

- 1992-ci ildə ilk dəfə Bakıya gələndə iqtisadiyyat nazirinin müavini idim. O zaman biz hansı vergi sistemini işə salacağımızı fikirləşirdik. Bir qədər araşdırdıqdan sonra hesab etdik ki, Türkiyədə olan vergi sistemini tətbiq edək. Biz ölkəmizin Vergi Məcəlləsini Türkiyə Məcəlləsinə analoji olaraq inkişaf etdirməyə başlamışdıq. Lakin təəssüflər olsun ki, Türkiyənin başladığı təcrübə çox da uğurlu olmadı və biz onda hər şeyi yenidən fikirləşməyə başlamalı olduq. Azərbaycan vergi sisteminə gəldikdə isə bizdə də sizinlə eyni situasiyadır, eyni sxemdir. Vergi sisteminin işi əgər effektivdirsə, dərhal ətraf mühitdə görsənir, hiss olunur.

Mən çoxdan burada olmamışam. Təxminən 10 il sonra Bakını tanımadım. Şəhər çiçəklənib. Bütün bunları tikmək, infraksturu qurmaq üçün maliyyə vəsaiti və biznes lazımdır. Əgər ətraf yenilənirsə, çiçəklənirsə, deməli, burada biznes üçün əlverişli şərait yaradılıb. Bu çox yaxşı haldır. Qazaxstanda vergi sistemi bir az fərqlidir. Burada daha yaxşı mühit var. Düzdür, hamı istəyir ki, hər şey daha yaxşı olsun...

- Qazaxıstanın vergi siyasətində hansı dəyişikliklər gözlənilir?

- Qazaxıstanda büdcə daxilolmalarının təxminən 30 faizi kiçik biznesin hesabına formalaşır. Lakin son 5-6 ildə onlardan çox az vəsait daxil olmağa başlayıb. Təxminən 10 gün bundan öncə Qazaxıstan prezidenti kiçik biznes sektorunun 3 il müddətinə vergidən və yoxlamalardan azad olunması barədə qərar evrib. Bu yaxınlarda parlament həmin qərarı təsdiqlədikdən sonra qüvvəyə minəcək. Təbii ki, gəlir vergisi, sosial ödənişlər istisna ediləcək. Çünki həmin ödəmələr toplanmalıdır. Bizdə 4 il bundan öncə hökumət korrupsiya ilə mübarizə aparmaq, biznesi "kölgə"dən çıxarmaq üçün strategiya hazırlanmasına qərar verib. Düzdür, bundan öncə də bizdə belə addımlar atılıb. Məsələn, 3 dəfə vergi amnistiyası və 3 dəfə biznesin leqallaşdırılması baş verib. Leqallaşdırma sayəsində bizim büdcəyə əlavə 40 milyard dollar daxil olub. Həmin layihə təxminən 8-9 ili əhatə edir. Lakin yeni prezidentimiz dünya iqtisadiyyatına açıqdır. İlk dəfə audit və uçotun inkişafı üçün Qazaxıstana beynəlxalq investsiyaları cəlb edib. Biz təkcə Qazaxstan üçün yox, Qazaxstan vasitəsilə Mərkəzi Asiyanın digər ölkələri, eləcə də Rusiya, Ukrayna, Belarus, Moldova üçün mütəxəssislərin hazırlanmasına çalışırıq. Bunun üçün hökumət təxminən 150 milyon dollar vəsait alıb. Təkcə Tacikistandan təxminən 500 nəfərə yaxın mütəxəssis hazırlamışıq.

Bir daha təkrar edirəm, insanlar hər zaman vergi sisteminin daha səmərəli olmağını istəyirlər, lakin hökumətin öz planları mövcuddur və biz bu planlara müdaxilə etməməliyik. Misal üçün, deyə bilərik ki, vergi azaldılsın, lakin onda hökumətin planları həyata keçməyəcək. Biz Qazaxstanda vergiləri 3 il müddətinə azaltsaq, gərək büdcə daxilolmalarında yaranacaq 30 faizlik kəsiri başqa mənbələr hesabına dolduraq. Ona görə məhz düzgün yoxlamaq və düzgün vergi yığmaq lazımdır.

- Bəs sizin ölkədə "kölgə iqtisadiyyatı" ilə mübarizə istiqamətində hansı işlər görülür?

- Qazaxıstanın "kölgə iqtisayyatı" ilə bağlı mübarizəyə dair öz proqramı var.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?