16 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Şirvan şəhərində vergi ödəyiciləri ilə görüş keçirilib

Şirvan şəhərində vergi ödəyiciləri ilə görüş keçirilib

Vergi ödəyicilərinin vergi və sığorta qanunvericiliyinin tətbiqi, eləcə də vergi inzibatçılığı sahəsində qarşılaşdıqları çətinliklərin öyrənilməsi məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ombudsmanı xidməti baş idarəsinin təşəbbüsü ilə 5 saylı Ərazi Vergilər İdarəsinin əhatə dairəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Görüşdə kiçik, orta və iri sahibkarlıq subyektlərinin nümayəndələrinə Vergi ombudsmanının əsas fəaliyyət istiqamətləri və vergi ödəyicilərinin hüquqlarının qorunması sahəsində görülən işlər barədə məlumat verilib.

Vergi ombudsmanı xidməti baş idarəsinin rəisi Arif Quliyev vergi ödəyicilərinin hüquqlarının qorunması istiqamətində preventiv tədbirlərin həyata keçirilməsinin əsas prioritetlərdən biri olduğunu vurğulayıb. Qeyd edib ki, sahibkarlarla təşkil olunan belə görüşlər mövcud çətinliklərin vaxtında müəyyənləşdirilməsi və onların həlli yollarının müzakirəsi baxımından əhəmiyyətlidir. İştirakçılara Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində (www.taxes.gov.az) yaradılmış “Vergi ombudsmanı” bölməsi barədə də məlumat verilib. Bildirilib ki, bölmə vasitəsilə Vergi ombudsmanının fəaliyyəti ilə tanış olmaq, həmçinin “Vergi ombudsmanına müraciət” pəncərəsi vasitəsilə müraciət ünvanlamaq mümkündür.

Görüş zamanı sahibkarlar onları narahat edən məsələləri və qarşılaşdıqları çətinlikləri diqqətə çatdırıb, vergi orqanlarının əməkdaşlarından müvafiq izahatlar alıblar. Yerində həlli mümkün olmayan məsələlər isə əlavə araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün Baş idarənin əməkdaşları tərəfindən nəzarətə götürülüb.

Sonda iştirakçılar görüşün təşkili və keçirilməsi ilə bağlı fikirlərini bölüşmək məqsədilə keçirilən məmnunluq sorğusunda iştirak ediblər.

VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır?