16 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Özəl tibb müəssisələrinin nümayəndələri ilə görüş keçirilib

Özəl tibb müəssisələrinin nümayəndələri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların qarşılaşdıqları çətinliklərin öyrənilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə assosiasiyalarla keçirilən silsilə görüşlər davam etdirilir. Bu çərçivədə növbəti görüş “Özəl Tibb Müəssisələri Assosiasiyası”nın üzvləri və “İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası”nın Səhiyyə Komitəsinin nümayəndələri ilə keçirilib.

İqtisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə biznes subyektləri tərəfindən təqdim olunan “Özəl səhiyyənin inkişafı Konsepsiyası” çərçivəsində səhiyyə sektorunun təşviqi və şəffaflığın artırılması istiqamətində hazırlanmış təkliflər ətrafında geniş fikir mübadiləsi aparılıb. Bundan başqa, tibb sahəsi üzrə əvvəlki görüşlərdə səsləndirilən təkliflərin qanunvericilikdə nəzərə alınması və sektor nümayəndələrinin müraciətləri əsasında nağdsız əməliyyatlar üzrə ƏDV-nin 50 faizinin geri qaytarılması güzəştinin tətbiq müddətinin daha 3 il uzadılması barədə iştirakçılara ətraflı məlumat verilib.

Assosiasiya nümayəndələri bu formatda keçirilən görüşlərin biznes mühitində mövcud çağırışların vaxtında müəyyənləşdirilməsi və onların həlli üçün səmərəli mexanizmlərin formalaşdırılması baxımından əhəmiyyətini vurğulayıblar. Eyni zamanda, sektor üzrə gündəlik fəaliyyət zamanı qarşılaşdıqları çətinlikləri diqqətə çatdırıb, səhiyyə sahəsinin inkişafına dair təkliflərini səsləndiriblər.

Görüşdə tibb müəssisələrində göstərilən xidmətlərin tam və şəffaf şəkildə rəsmiləşdirilməsi, fiskal öhdəliklərin optimallaşdırılması, eləcə də səhiyyə sektorunda şəffaflığın daha da artırılması məsələləri müzakirə olunub.

Sonda dövlət – biznes əməkdaşlığının inkişaf etdirilməsi, vergi qanunvericiliyinin təkmilləşdirilməsi və sahibkarların rəy və təkliflərinin öyrənilməsi məqsədilə bu formatda görüşlərin davam etdiriləcəyi bildirilib.

VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır?