6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Gələn ildən aksizə cəlb olunan malların siyahısı genişləndiriləcək

Gələn ildən aksizə cəlb olunan malların siyahısı genişləndiriləcək

2027-ci ildən ildən aksizə cəlb olunan malların siyahısının artırılması nəzərdə tutulur.

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxışı zamanı deyib. DVX rəisi bildirib ki, yenilik vergitutma bazasının genişləndirilməsinə hesablanıb.

Xidmət rəisinin sözlərinə əsasən, dəyişikliklər layihəsində ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi də nəzərdə tutulur. “Hazırda ƏDV ödəyicilərindən alınan mal və xidmətlərə görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması mexanizmi tətbiq olunur. Gələn ildən isə ƏDV qeydiyyatında olmayan vergi ödəyicilərindən alınan mal və xidmətlərə görə nağdsız qaydada ödənilmiş məbləğin müəyyən hissəsinin istehlakçılara geri qaytarılması təklif olunur" - deyə xidmət rəisi qeyd edib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?