6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Şəhid ailələri və qazilərin iştirakı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Şəhid ailələri və qazilərin iştirakı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə qurumun əməkdaşları olan şəhid ailələrinin üzvləri, qazilər və digər qonaqlar iştirak ediblər.

Açılışda Vətən müharibəsinin Azərbaycan tarixindəki müstəsna əhəmiyyətindən, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qazandığı tarixi Zəfərdən bəhs olunub. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsində əldə olunan Qələbə xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, eləcə də əsgər və zabitlərimizin qəhrəmanlığının və fədakarlığının təcəssümüdür. Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi ehtiramla yad edilib, qazilərin şücaəti yüksək qiymətləndirilib.

Çıxışlarda şəhid ailələrinə və qazilərə dövlət və cəmiyyət tərəfindən göstərilən diqqət və qayğının əhəmiyyəti vurğulanıb. Bildirilib ki, qəhrəmanlarımızın xatirəsinin yaşadılması, onların ailələrinə mənəvi dəstək göstərilməsi hər birimizin vətəndaşlıq və mənəvi borcudur.

Tədbir çərçivəsində 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Murad Mirzəyevin də xatirəsi yad edilib, onun həyat və döyüş yolu haqqında məlumat verilib. Murad Mirzəyevin həyat yoldaşı, Dövlət Vergi Xidmətinin Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Fizzə Mirzəyeva çıxış edərək xatirələrini bölüşüb.

Tədbir milli musiqi və rəqs nümunələri ilə davam edib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?