27 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycanın ölkələrarası hesabatlılıq üzrə beynəlxalq standartlara uyğunluğu təsdiqlənib

Azərbaycanın ölkələrarası hesabatlılıq üzrə beynəlxalq standartlara uyğunluğu təsdiqlənib

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması (BEPS) layihəsinin 13-cü Fəaliyyəti çərçivəsində ölkələrarası hesabatlılıq (CbCR) üzrə növbəti beynəlxalq qiymətləndirmənin nəticələri açıqlanıb.

142 yurisdiksiyanı əhatə edən doqquzuncu illik qiymətləndirmənin nəticələrinə əsasən, Azərbaycanın ölkələrarası hesabatlılıq üzrə beynəlxalq minimum standarta tam uyğunluğu növbəti dəfə təsdiqlənib. Qiymətləndirmənin nəticələrinə görə, ölkəyə hər hansı təkmilləşdirmə tövsiyəsi verilməyib.

Qiymətləndirmə zamanı Azərbaycanın bu sahədəki daxili hüquqi və inzibati çərçivəsi, beynəlxalq məlumat mübadiləsi mexanizmləri, eləcə də əldə olunan hesabatlardan məqsədəuyğun istifadə təcrübəsi nəzərdən keçirilib. Hər üç istiqamət üzrə ölkənin beynəlxalq tələblərə uyğunluğu müəyyən edilib.

Ölkələrarası hesabatlılıq transmilli şirkətlər qruplarının müxtəlif ölkələrdəki fəaliyyəti, gəlirləri, mənfəəti, ödədikləri vergilər və digər iqtisadi göstəriciləri barədə məlumatların vergi administrasiyaları arasında mübadiləsini nəzərdə tutur. Bu mexanizm beynəlxalq vergi şəffaflığının artırılmasına, transfer qiymətləri və mənfəətin köçürülməsi ilə bağlı potensial risklərin müəyyənləşdirilməsinə xidmət edir.

Azərbaycan BEPS layihəsinin 13-cü Fəaliyyəti üzrə minimum standartın tətbiqini təmin etməklə ölkələrarası hesabatlılıq çərçivəsində beynəlxalq məlumat mübadiləsində iştirak edir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bu sahədə hüquqi və inzibati mexanizmlərin tətbiqi, eləcə də beynəlxalq əməkdaşlığın inkişafı istiqamətində işlər davam etdirilir.

Qiymətləndirmənin nəticələri Azərbaycanın beynəlxalq vergi standartlarının tətbiqi və vergi şəffaflığının artırılması sahəsində həyata keçirdiyi tədbirlərin müvafiq beynəlxalq tələblərə uyğunluğunu təsdiqləyir.

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?