20 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Qanunsuz sahibkarlıq fəaliyyəti və saxta məhsulların hazırlanması halları aşkar edilib

Qanunsuz sahibkarlıq fəaliyyəti və saxta məhsulların hazırlanması halları aşkar edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti istehlak bazarında aksiz markasız və ya saxta aksiz markalı məhsulların satışı hallarının, habelə qanunsuz sahibkarlıq fəaliyyətinin aradan qaldırılması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Bu tədbirlərin davamı olaraq, əməliyyat məlumatı əsasında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Xaşaxuna bağları, bağ sahəsi 2, mənzil 29 ünvanda yerləşən Tapdıqov Məmməd Engels oğluna məxsus fərdi yaşayış evində kustar üsulla saxta aksiz markalı alkoqollu içkilərin hazırlanması və satışı ilə məşğul olan qanunsuz obyektin fəaliyyət göstərməsi faktı aşkar edilib.

Baş idarə tərəfindən həmin ünvanda keçirilən operativ nəzarət tədbiri zamanı müəyyən olunub ki, fərdi yaşayış evi rəsmi icarə müqaviləsi bağlanmadan şifahi razılaşmaya əsasən İsmayılov Elnur Qəhrəman oğluna icarəyə verilib. Bu şəxs qeyd olunan ünvanda kustar üsulla saxta aksiz markaları ilə markalanmış alkoqollu içkilərin hazırlanması və satışı ilə məşğul olub.

Keçirilmiş baxış zamanı qanunsuz istehsal sahəsində müvafiq sanitariya normalarına və standartlara əməl olunmadan istehsal prosesinin qurulduğu müəyyənləşdirilib. Həmin obyektdən saxta aksiz markaları ilə markalandığı ehtimal olunan 516 ədəd 0,7 litr, 74 ədəd 1,0 litr, 10 ədəd 0,5 litr həcmli “ORGANİC SOFT” ADLI alkoqollu içkilər, habelə aksiz markasi ilə markalanmamış 126 ədəd alkoqollu içki aşkarlanaraq götürülüb. Eyni zamanda, sexdə rulon şəklində 124 ədəd saxta aksiz markası, kustar üsulla araq bağlanması üçün xüsusi avadanlıq, araq şüşələri üçün etiketlər və tıxaclar, müxtəlif həcmli boş butulkalar müəyyən edilib. Araşdırma zamanı obyektdə əmək müqaviləsi bağlanmadan 3 nəfər işçinin də işlərə cəlb edildiyi müəyyənləşdirilib.

Nəzarət tədbirlərində iştirak edən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri tərəfindən məhsullardan nümunələr götürülüb. Aşkar olunmuş hallarla bağlı araşdırmalar davam etdirilir.

Dövlət Vergi Xidməti bir daha xatırladır ki, aksiz markası tələb olunan, lakin belə marka olmadan məhsulların satışı, aksiz markalarının saxtalaşdırılması, habelə istehlak bazarına qeyri-qanuni istehsal edilmiş məhsulların çıxarılması qanunvericiliklə qadağandır. Vergi orqanları belə halların qarşısının alınması, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcək.

VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu?