19 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Vergi ödəyicilərinə xidmət mərkəzlərində 658 mindən çox xidmət göstərilib

Vergi ödəyicilərinə xidmət mərkəzlərində 658 mindən çox xidmət göstərilib

2026-cı ilin yanvar – sentyabr ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 400.866 müraciət qəbul edilib. Həmin müraciətlər üzrə 658.137 sayda xidmət göstərilib.

Xidmət mərkəzlərində əməliyyat xarakterli müraciətlər, əsasən, aşağıdakılardan ibarət olub və ümumi xidmətlərin sayında xüsusi çəkisi 54,8% təşkil edib:

- Bəyannamələrin (hesabatların), habelə cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

- Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması (bərpası);

- Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;

- Asan İmza sertifikatlarının verilməsi;

- Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;

- Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;

- Vergi ödəyicisinə arayışların verilməsi;

- Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması (uçotdan çıxarılması);

- Fiziki şəxsin uçotdan çıxarılması.

2026-cı ilin yanvar – sentyabr ayları ərzində vergi ödəyicilərindən daxil olmuş 20,6 min yazılı müraciət cavablandırılıb, onlara 18,5 milyon məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. 3.971 vergi ödəyicisinin iştirakı ilə 285 görüş keçirilib, 4.883 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərinin məlumatlandırılması istiqamətində preventiv tədbirlərin görülməsi məqsədilə onların mobil nömrələrinə 3,3 milyon SMS göndərilib.

Yanvar – sentyabr ayları ümumilikdə 220.299 müraciət üzrə 345.522 Asan İmza sertifikatı verilib.

VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər?