Dövlət Vergi Xidmətinin rəis müavini Emil Qarayev vətəndaşları qəbul edib
Oktyabrın 16-da İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Emil Qarayev Lənkəran, Astara, Biləsuvar, Yardımlı, Lerik, Masallı və Cəlilabad rayonları sakinlərini videoformatda qəbul edib. Qəbulda iştirak edən vətəndaşlar vergi öhdəlikləri və vergitutma məsələləri, vergi orqanlarına işə qəbul və kadr məsələləri ilə bağlı müraciət ediblər.
Dövlət Vergi Xidmətinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilən qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib. Sorğu xarakterli müraciətlər üzrə müvafiq izahatlar verilib, araşdırılmasına ehtiyac olan məsələlər isə qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsi məqsədilə aidiyyəti struktur bölmələrinə göndərilib.
