15 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Elm və Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Akademiyasına qəbul elan edir

Elm və Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Akademiyasına qəbul elan edir

Elm və Təhsil Nazirliyi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti arasında əməkdaşlıq çərçivəsində tələbələrin bilik və bacarıqlarının inkişafına, peşəkar və şəxsi inkişafına dəstək vermək, həmçinin gender bərabərliyinin təşviqi, qadınların peşəkar inkişaf imkanlarının genişləndirilməsi və potensial namizədlərin erkən mərhələdə müəyyən edilməsi məqsədilə ali təhsil müəssisələrinin qız tələbələri üçün “Vergi Akademiyası” proqramını təşkil edir.

Vergi Akademiyası 2027-ci ilin yanvar ayından aprel ayınadək davam edəcək.

Proqramın üstünlükləri:

- Vergi qanunvericiliyi və vergi inzibatçılığı sahəsində nəzəri və praktiki biliklər əldə etmək;

- Emosional intellekt və digər yumşaq bacarıqları inkişaf etdirməyə yönəlmiş təlim və vörkşoplarda iştirak etmək;

- Dövlət Vergi Xidmətinin təcrübəli mentorları ilə görüşlərdə iştirak edərək onların peşəkar təcrübəsindən faydalanmaq;

- Əldə olunmuş bilik və bacarıqları praktiki məşğələlər vasitəsilə tətbiq etmək;

- Proqramı uğurla tamamlayaraq “Vergi Akademiyası” proqramında iştirakı təsdiq edən sertifikat əldə etmək.

Proqramda iştirak etmək üçün namizədlərə qoyulan tələblər:

- Azərbaycan Respublikasının vətəndaşı olmalı;

- Ali təhsil müəssisələrinin qız tələbəsi olmalı;

- Ali təhsil müəssisələrinin sonuncu kurs bakalavriat pilləsində və ya 1-ci və ya 2-ci kurs magistratura pilləsində hüquq, iqtisadiyyat və ya idarəetmə ixtisas istiqamətləri üzrə təhsil almalı;

- Bakalavriatın və magistraturanın sonuncu kursunda təhsil alan şəxslərin mövcud təhsil pilləsi üzrə, magistraturanın I kursunda təhsil alan şəxslərin isə əvvəlki bakalavriat təhsili üzrə Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) 80 bal (4 ballıq sistem üzrə 3 bal) və daha yuxarı olmalıdır.

Proqramda iştirak etmək üçün seçim mərhələləri:

I mərhələ: Sənəd qəbulu üzrə ilkin yoxlamanın aparılması.

II mərhələ: Namizədlərin özünütanıtma videoçıxışlarının qiymətləndirilməsi.

III mərhələ: Namizədlərin məntiq və dünyagörüşü imtahanı vasitəsilə qiymətləndirilməsi.

Proqramda iştirak etmək üçün sənəd qəbulu [email protected] elektron poçt ünvanı vasitəsilə 15 oktyabr 2026-cı il saat 09:00-dan 15 noyabr 2026-cı il saat 23:59-dək həyata keçiriləcək.

Müraciətlər göndərilərkən (mövzu hissəsində “Vergi Akademiyası 2026” qeyd etməklə) şəxsiyyət vəsiqəsi, tələbə bileti, akademik transkript və CV mütləq qaydada fayl şəklində məktuba əlavə olunmalıdır.

Namizədin müraciəti [email protected] elektron poçt ünvanına daxil olduqdan sonra 14 iş günü ərzində yoxlanılacaq və müraciətin nəticəsi barədə onun elektron poçt ünvanına məlumat göndəriləcək. Müəyyən olunmuş sənədlərdən hər hansı birini təqdim etməyən və ya elanda göstərilən tələblərə uyğun olmayan namizədlərin müraciətləri qəbul edilməyəcək.

Müraciətləri qəbul edilmiş namizədlərə ilkin seçim mərhələsində iştirak barədə məlumatlar əvvəlcədən veriləcək.

VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu?