5 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Transsərhəd elektron sənəd dövriyyəsi üzrə birgə pilot layihəsinin həyata keçirilməsi imkanları müzakirə olunub

Transsərhəd elektron sənəd dövriyyəsi üzrə birgə pilot layihəsinin həyata keçirilməsi imkanları müzakirə olunub

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparat rəhbəri Cavanşir Nuriyevin rəhbərlik etdiyi nümayəndə heyəti vergi sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi və rəqəmsal vergi inzibatçılığı ilə bağlı təcrübə mübadiləsinin aparılması məqsədilə Özbəkistan Respublikasına səfər edib.

Səfər çərçivəsində nümayəndə heyəti Özbəkistan Respublikasının Vergi Komitəsində olub, iki ölkənin vergi orqanları arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair görüşlər keçirilib. Görüşlər zamanı Azərbaycan və Özbəkistanın vergi orqanları arasında transsərhəd elektron sənəd dövriyyəsi üzrə birgə pilot layihəsinin həyata keçirilməsi imkanları müzakirə olunub.

Layihənin əsas məqsədi elektron rəqəmsal imzaların avtomatik yoxlanılması mexanizminin yaradılması, bununla da iki ölkə arasında qarşılıqlı ticarət zamanı müvafiq sənədlərin rəsmiləşdirilməsi prosesinin sadələşdirilməsi və sürətləndirilməsidir.

Özbəkistan tərəfi Azərbaycan nümayəndə heyətini ölkənin vergi inzibatçılığı sistemində tətbiq olunan rəqəmsal həllərlə tanış edib. Bununla yanaşı, vergitutma metodologiyasının ayrı-ayrı istiqamətləri üzrə təcrübə mübadiləsinin aparılması, eləcə də qabaqcıl beynəlxalq təcrübə və standartların tətbiqi məsələləri müzakirə olunub.

Səfər çərçivəsində müzakirə edilən mövzular üzrə əməkdaşlığın davam etdirilməsi məqsədilə müvafiq Protokol imzalanıb.

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması