16 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan Sığortaçılar Assosiasiyasının üzvləri ilə görüş keçirilib

Azərbaycan Sığortaçılar Assosiasiyasının üzvləri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların qarşılaşdıqları çətinliklərin öyrənilməsi və biznes mühitinin təkmilləşdirilməsi məqsədilə assosiasiyalarla keçirilən görüşlər davam etdirilir. Növbəti belə görüş DVX-nin Vergi siyasəti baş idarəsi ilə Azərbaycan Sığortaçılar Assosiasiyasının üzvləri arasında baş tutub.

Görüş zamanı Dövlət Vergi Xidməti ilə Azərbaycan Sığortaçılar Assosiasiyası arasında əvvəlki müzakirələr çərçivəsində təqdim edilən təkliflərin vergi qanunvericiliyinə dəyişikliklər zamanı nəzərə alınması ilə bağlı ətraflı məlumat verilib. Assosiasiya nümayəndələri tərəfindən bu formatda keçirilən görüşlərin biznes mühitində mövcud çağırışların operativ şəkildə müəyyənləşdirilməsi və effektiv həll mexanizmlərinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Müzakirələr zamanı assosiasiya nümayəndələri sığorta sektorunda real praktiki əməliyyatların aparılması prosesində qarşılaşdıqları çətinlikləri və sahənin inkişafı üçün əhəmiyyətli hesab etdikləri təklifləri səsləndiriblər. Görüşdə sığorta təşkilatları tərəfindən təqdim edilən elektron qaimə-fakturaların tərtibi zamanı tətbiqi aktual hesab olunan texniki yeniliklər və sığortaçıların həyata keçirdikləri əməliyyatlar üzrə vergi qanunvericiliyi məsələləri geniş müzakirə edilib.

Yekunda dövlət - biznes əməkdaşlığının daha da inkişaf etdirilməsi və vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində sahibkarların rəy və təkliflərinin öyrənilməsi üçün görüşlərin davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.

VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər?