13 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Aksizli malların dövriyyəsinə nəzarət tədbirləri davam etdirilir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarət tədbirləri davam etdirilir. Növbəti operativ vergi nəzarəti tədbirləri çərçivəsində Bakı şəhərinin Suraxanı rayonunda və Abşeron rayonunda fəaliyyət göstərən təsərrüfat subyektlərində aksizli malların dövriyyəsi ilə bağlı nöqsanlar müəyyən olunub.

Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi 14 ünvanında Fərəcov Pünhan Arif oğlunun fəaliyyət göstərdiyi təsərrüfat subyektində keçirilmiş vergi nəzarəti zamanı aksiz markası ilə markalanmamış ümumi həcmi 5.695 litr olan 165 ədəd pivə çəlləyi aşkar edilib. Bundan əlavə, Abşeron rayonunda Hüseynov Mehrac Qurban oğlunun fəaliyyət göstərdiyi obyektdə aksiz markası düzgün tətbiq edilməyən və təkrar istifadə edildiyi müəyyənləşdirilən ümumi həcmi 890 litr olan 27 ədəd pivə çəlləyi aşkarlanıb. Pivə çəlləkləri müəyyən edilmiş qaydada siyahıya alınaraq müvafiq akt və protokollarla rəsmiləşdirilməklə götürülüb. Hazırda hər iki fakt üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq rəsmiləşdirmə işləri həyata keçirilir.

Dövlət Vergi Xidməti aksizli malların dövriyyəsi sahəsində vergi nəzarətinin gücləndirilməsi, o cümlədən aksiz markalarının tətbiqi qaydalarına nəzarətin təmin olunması və qanunvericiliyin tələblərinə riayət olunması istiqamətində tədbirləri davam etdirir.

VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur?