23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində yeniliklər müzakirə olunub

Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində yeniliklər müzakirə olunub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən aparıcı hüquq və konsaltinq şirkətləri ilə kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı, bu sahədə tətbiq olunan yeniliklər və həyata keçirilən islahatlara həsr olunmuş onlayn görüş keçirilib.

DVX-nin Vergi ödəyicilərinin qeydiyyatı və uçota nəzarət baş idarəsinin şöbə rəisi Leyla Hüseyn-zadə çıxışında elektron qeydiyyatın tətbiqi, qeydiyyat prosedurlarının sadələşdirilməsi və operativliyinin artırılması, eləcə də “Biznesə daxilolma” indikatoru üzrə Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icrası barədə məlumat verib.

Tədbir çərçivəsində kommersiya hüquqi şəxslərin qeydiyyatı sahəsində həyata keçirilən yeniliklər, rəqəmsal xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və sahibkarlıq fəaliyyətinə başlama imkanlarının asanlaşdırılması istiqamətində görülən işlər diqqətə çatdırılıb. Bildirilib ki, kommersiya hüquqi şəxslərin elektron qaydada qeydiyyatı zamanı “SİMA” rəqəmsal imzasından istifadə imkanının yaradılması sahibkarlıq fəaliyyətinə başlama prosesinin daha çevik və rahat həyata keçirilməsinə imkan verən yeniliklərdəndir.

Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb və onların təklifləri üzrə fikir mübadiləsi aparılıb.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?