5 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
DVX əməkdaşının həmmüəllifi olduğu monoqrafiya nəşr olunub

DVX əməkdaşının həmmüəllifi olduğu monoqrafiya nəşr olunub

Dövlət Vergi Xidmətinin Elm, innovasiya və əməkdaşlıq şöbəsinin rəisi Nazim Əliyevin həmmüəllifi olduğu “Texnoloji innovasiyaların vergi stimullaşdırılması: nəzəriyyə və praktika” adlı monoqrafiya Rusiyanın Moskva şəhərində nəşr olunub.

Nazim Əliyev monoqrafiyanın “Vergi cinayətkarlığına qarşı mübarizədə innovativ texnologiyaların tətbiqi: Azərbaycan təcrübəsi” və “Texnoloji innovasiyaların vergi stimullaşdırılması sahəsində Azərbaycan təcrübəsi” bölmələrinin müəllifidir.

Tanınmış alim və mütəxəssislərin iştirakı ilə hazırlanan nəşrdə texnoloji yeniliklərin iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin artırılmasında və dövlətin texnoloji suverenliyinin formalaşdırılmasında rolu araşdırılır. Burada vergi güzəştlərinin yeni texnologiyaların tətbiqinə təsiri, onların kommersiyalaşdırılması, həmçinin dövlət dəstəyi mexanizmləri təhlil olunur.

Nəşrdə, eyni zamanda, vergi stimullarının regional və sahəvi xüsusiyyətləri, vergi xərclərinin səmərəliliyinin qiymətləndirilməsi və innovasiya fəaliyyətinə dövlət dəstəyinin effektivliyi ilə bağlı məsələlərə diqqət yetirilir.

Monoqrafiya iqtisadiyyat, dövlət auditi, maliyyə və kredit ixtisasları üzrə təhsil alan magistrantlar üçün nəzərdə tutulub.

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması