23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
DVX-nin əməkdaşı BMT-nin Transfer Qiymətləri üzrə Subkomitəsinə üzv seçilib

DVX-nin əməkdaşı BMT-nin Transfer Qiymətləri üzrə Subkomitəsinə üzv seçilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin rəis müavini Ceyhun İsmayılov BMT-nin Beynəlxalq Vergi Əməkdaşlığı üzrə Ekspertlər Komitəsinin Transfer Qiymətləri üzrə Subkomitəsinə üzv seçilib. Bu seçim Azərbaycanın beynəlxalq vergitutma və transfer qiymətləri sahəsində formalaşmış ekspert potensialına göstərilən beynəlxalq etimadın göstəricisidir. BMT-nin Transfer Qiymətləri üzrə Subkomitəsi, xüsusilə inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını nəzərə almaqla, transfer qiymətləri üzrə praktiki rəhbərliyin hazırlanmasına töhfə verən ekspert platformasıdır. Subkomitənin mandatına BMT-nin İnkişaf etməkdə olan ölkələr üçün Transfer Qiymətləri üzrə Praktiki Təlimatının yenilənməsi, müxtəlif sektorlar üzrə transfer qiymətləri metodologiyasının hazırlanması, daimi nümayəndəliklərə aid edilən mənfəətin müəyyənləşdirilməsi məsələləri daxildir.

Qeyd edək ki, Ceyhun İsmayılov həmçinin OECD/G20-nin Vergitutma Bazasının Aşınması və Mənfəətin Köçürülməsi (BEPS) üzrə Əhatəli Çərçivənin (Steering Group of the Inclusive Framework) 25 nəfərdən ibarət ekspert qrupunun üzvüdür . Bu qrupun mandatına 148 ölkənin təmsil olunduğu BEPS layihəsi üzrə əsas strateji istiqamətlərin müəyyənləşdirilməsi və beynəlxalq vergi qaydalarıının hazırlanması daxildir.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?