5 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Quba şəhərində sahibkarlarla görüş keçirilib

Quba şəhərində sahibkarlarla görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ombudsmanı xidməti baş idarəsi tərəfindən Quba şəhərində sahibkarlarla görüş keçirilib.

Görüşdə 3 saylı Ərazi Vergilər İdarəsinin əhatə dairəsində fəaliyyət göstərən kiçik, orta və iri sahibkarlıq subyektlərinin nümayəndələri iştirak ediblər. Tədbirdə vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı məsələlər müzakirə olunub, sahibkarların qarşılaşdıqları çətinliklər, təklif və təşəbbüsləri dinlənilib.

Vergi ombudsmanı xidməti baş idarəsinin rəisi Arif Quliyev xidmətin fəaliyyəti, əsas istiqamətləri və vergi ödəyicilərinin hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. Bildirilib ki, Vergi ombudsmanı xidməti baş idarəsinin yaradılmasında əsas məqsəd vergi ödəyicilərinin hüquqlarının qorunması, onların müraciətlərinə çevik baxılması və mümkün problemlərin qarşısının əvvəlcədən alınmasıdır.

Görüşdə vergi ödəyicilərinin Vergi ombudsmanı xidmətinə müraciət edə biləcəyi hallar barədə məlumat verilib. Həmçinin Dövlət Vergi Xidmətinin internet saytında yaradılmış “Vergi ombudsmanı” bölməsi təqdim olunub.

Sahibkarların sualları cavablandırılıb, onların vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı fikir və təklifləri dinlənilib. Görüş zamanı vergi orqanlarına edilən müraciətlərlə bağlı real vaxt rejimində sorğu keçirilib.

Vergi ombudsmanı xidməti baş idarəsi tərəfindən sahibkarlarla bu istiqamətdə görüşlərin keçirilməsi davam etdiriləcək.

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması