6 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

DVX-nin təşkil etdiyi 5-ci Yay Təcrübə Proqramı başa çatıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) ali təhsil müəssisələri tələbələrinin bilik və bacarıqlarının artırılması, şəxsi inkişaflarına dəstək verilməsi məqsədilə təşkil etdiyi sayca 5-ci Yay Təcrübə Proqramı başa çatıb. 2022-ci ildən həyata keçirilən proqramın 5 illiyinə həsr olunmuş bağlanış mərasimi keçirilib.

Tədbirdən əvvəl Yay Təcrübə Proqramının iştirakçıları üçün ünsiyyət imkanları yaradılıb. Onlar yeni əlaqələr quraraq fikir və təcrübə mübadiləsi aparıblar. İştirakçılar proqramla bağlı ürək sözlərini xatirə divarında qeyd edib, təşkil olunan hədiyyəli oyuna qatılıblar.

Tədbirdə Yay Təcrübə Proqramının 5 illik fəaliyyətini və yadda qalan anları əks etdirən videoçarx nümayiş olunub. Daha sonra DVX-nin İnsan resursları baş idarəsi tərəfindən proqramın təşkili, gənclərin peşəkar inkişafında rolu və ötən dövr ərzində əldə olunan nəticələr barədə təqdimat edilib. Qeyd olunub ki, 2022–2026-cı illəri əhatə edən Yay Təcrübə Proqramlarına ölkənin ali təhsil müəssisələrinin ümumilikdə 4700-dən çox tələbəsi müraciət edib, onlardan 300-ə yaxını proqrama qatılıb. Həmin tələbələrdən 52 nəfəri müvafiq müsabiqələr vasitəsilə DVX-də işə qəbul ediliblər. Ötən 5 il ərzində proqramın tələbələr tərəfindən digər gənclərə tövsiyə olunma göstəricisi isə 100 faizə yaxın olub.

Tədbirdə çıxış edən DVX-nin rəis müavini Emil Qarayev Yay Təcrübə Proqramının 5 il ərzində gənclərlə qurum arasında əlaqələrin formalaşmasına və onların peşəkar inkişafına verdiyi töhfədən danışıb. Emil Qarayev proqramın insan kapitalının inkişafına yönəlmiş təşəbbüslər sırasında mühüm yer tutduğunu və bilikli, bacarıqlı gənclərin dövlət qulluğuna cəlb olunmasına imkan yaratdığını bildirib. Rəis müavini gender bərabərliyi məsələlərinə toxunaraq, DVX-də qadın əməkdaşların sayının artırılmasına xüsusi diqqət yetirildiyini qeyd edib. İnsan kapitalının inkişafının, bilikli və bacarıqlı gənclərin dövlət qulluğunda təmsil olunmasının mühüm əhəmiyyət daşıdığını vurğulayan Emil Qarayev gəncləri təcrübə proqramlarında və işə qəbul proseslərində fəal iştiraka çağırıb. İştirakçılarla sual-cavab formatında söhbət edən DVX-nin rəis müavini tələbələrin fikirlərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.

Tədbir çərçivəsində proqram iştirakçılarına sertifikatlar təqdim olunub və xatirə şəkli çəkilib.

VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır?