27 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Kamboca ilə ikiqat vergitutmanın aradan qaldırılması üzrə Saziş layihəsinin müddəaları razılaşdırılıb

Kamboca ilə ikiqat vergitutmanın aradan qaldırılması üzrə Saziş layihəsinin müddəaları razılaşdırılıb

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinci mərhələsi keçirilib.

Müzakirələr zamanı Saziş layihəsinin razılaşdırılmasının hər iki ölkənin investorları üçün daha əlverişli şəraitin yaradılmasına, habelə vergi sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəyi bildirilib.

Qeyd olunub ki, Saziş məlumat mübadiləsi və vergi borclarının yığılmasına yardım sahələrində əməkdaşlığın gücləndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.

Müzakirələrin nəticəsi olaraq Saziş layihəsinin vergitutma ilə bağlı bütün müddəaları üzrə razılıq əldə olunub. Bununla yanaşı, layihənin birbaşa vergitutma məsələlərinə aid olmayan digər müddəaları üzrə də razılığın əldə edilməsi istiqamətində tərəflərin birgə fəaliyyət göstərəcəyi bildirilib.

Danışıqların nəticələri tərəflər arasında imzalanmış “Razılaşdırılmış Protokol” sənədi ilə rəsmiləşdirilib.

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?