23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,3 faiz artıb

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,3 faiz artıb

2026-cı ilin yanvar – avqust ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 12 milyard 619,1 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 900,1 milyon manat çoxdur. 2025-ci ilin müvafiq dövrünə nisbətən vergi daxilolmaları 1 milyard 58 milyon manat və ya 9,2 faiz artıb.

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 9 milyard 468,7 milyon manat təşkil edib və büdcəyə proqnozdan əlavə 281,7 milyon manat vəsait ödənilib. 2025-ci ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 1 milyard 34,1 milyon manat və ya 12,3 faiz artıb.

2026-cı ilin yanvar – avqust aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4 milyard 546,6 milyon manat olub, proqnozdan əlavə 252,8 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 3 milyard 52,7 milyon manatdan çox təşkil edib.

Həmin dövrdə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 161,8 milyon manata yaxın olub, proqnozdan əlavə 7,5 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 125,3 milyon manatdan çox təşkil edib.

İcbari tibbi sığorta haqları üzrə daxilolmaların həcmi 682 milyon manatdan çox olub, proqnozdan əlavə 17,4 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 456,3 milyon manata yaxın təşkil edib.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?