23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Məhsulun onlayn sifariş əsasında məsafədən müştəriyə pərakəndə qaydada satılması risk yaradırmı?

Məhsulun onlayn sifariş əsasında məsafədən müştəriyə pərakəndə qaydada satılması risk yaradırmı?

Fərdi sahibkar Azərbaycanın rayon və kəndlərindən hər hansı bir məhsul əldə etmək istəyən müştəridən ödənişi hansı yolla əldə edə bilər? Məsələn: Ağcabədidən bir müştəri hər hansı bir sosial şəbəkədə məhsulumuzu görüb müraciət edir ki, məhsulu Ağcabədiyə səfər edən avtobusunun sürücüsünə təhvil verim, ödənişi də sahibkarın kartına göndərim. Mən də ödəniş karta oturduqdan sonra nəzarət-kassa aparatına müvafiq məbləği daxil edib çeki məhsulla birlikdə müştəriyə göndərsəm, Vergi Məcəlləsinin hər hansı bir maddəsini pozmuş olaram?
 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci bəndinin müddəalarına əsasən, bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar, habelə ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar və birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar nağdsız hesablaşmalara aid edilib.

Eyni zamanda Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinin müddəalarına əsasən, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, ödəniş xidməti təchizatçılarının çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, ödəniş xidməti təchizatçılarının çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilib.

Qeyd olunanlara əsasən, məhsulun onlayn sifariş əsasında məsafədən müştəriyə pərakəndə qaydada satılması zamanı aparılan satış əməliyyatı nəzarət-kassa aparatında rəsmiləşdirilməklə məhsulun dəyərinin müştəri tərəfindən ödəniş kartı vasitəsilə fərdi sahibkarın bank əməliyyatları aparan şəxslərdə vergi ödəyicisi kimi açdığı hesaba bağlı kartına köçürülməsi qanunvericiliklə məhdudlaşdırılmır.

Əsas: Vergi Məcəlləsinin 16-cı maddəsi, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?