27 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
BMT-nin beynəlxalq vergi əməkdaşlığı üzrə beşinci sessiyası keçirilib

BMT-nin beynəlxalq vergi əməkdaşlığı üzrə beşinci sessiyası keçirilib

Azərbaycan Respublikası BMT-nin Beynəlxalq Vergi Əməkdaşlığı üzrə Çərçivə Konvensiyasının hazırlanması məqsədilə keçirilən Hökumətlərarası Danışıqlar Komitəsinin beşinci substantiv sessiyasında iştirak edib. Sessiyada ölkəmizi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) ekspert qrupunun üzvü, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin rəis müavini Ceyhun İsmayılov təmsil edib.

Sessiya çərçivəsində vergitutma hüquqlarının dövlətlər arasında ədalətli bölgüsü, qeyri-qanuni maliyyə axınları və zərərli vergi praktikaları ilə mübarizə, eləcə də inkişaf etməkdə olan ölkələrin institusional potensialının gücləndirilməsi məsələləri müzakirə edilib.

Danışıqlar zamanı həmçinin transsərhəd, o cümlədən rəqəmsal xidmətlərdən əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi, vergi mübahisələrinin qarşısının alınması və həlli ilə bağlı ilkin protokol layihələrinə baxılıb. Müzakirələr zamanı Ceyhun İsmayılov praktik və tətbiq oluna bilən qaydaların hazırlanmasının, ikiqat vergitutmanın aradan qaldırılmasının, eləcə də inkişaf etməkdə olan ölkələrə effektiv texniki dəstəyin göstərilməsinin vacibliyini vurğulayıb.

Yeni beynəlxalq çərçivənin hazırlanması inkişaf etməkdə olan ölkələrin qlobal vergi qaydalarının formalaşdırılmasında iştirakına, vergitutma hüquqlarının qorunmasına, ikiqat vergitutma risklərinin azaldılmasına, transfer qiymətlərinin tətbiqində səmərəliliyin artırılmasına və vergi inzibatçılığının gücləndirilməsinə xidmət edir.

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?