24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Daha 4 beynəlxalq şirkət ƏDV məqsədləri üçün vergi uçotuna alınıb

Daha 4 beynəlxalq şirkət ƏDV məqsədləri üçün vergi uçotuna alınıb

Azərbaycanda rəqəmsal iqtisadiyyatda vergi tənzimləmələrinin təkmilləşdirilməsi sahəsində həyata keçirilən islahatlar çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yaradılmış elektron qeydiyyat sistemi vasitəsilə xarici rəqəmsal xidmət təchizatçılarının vergi uçotuna alınması davam etdirilir.

Bu il ərzində daha 4 beynəlxalq şirkət elektron qaydada DVX-nin portalında vergi uçotuna alınıb. Bunlar ABŞ-nin “Xsolla (USA), Inc.”, “Valve Corporation”, Birləşmiş Krallığın “Formula One Digital Media Limited” və Almaniyanın “Cleverbridge GmbH” şirkətləridir. “Valve Corporation” və “Cleverbridge GmbH” şirkətlərinin ƏDV məqsədləri üçün qeydiyyatı 2026-ci il sentyabrın 1-dən qüvvəyə minir. Digər şirkətlərin qeydiyyatı isə artıq qüvvəyə minib.

Bu ildən Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, sentyabr ayından etibarən Azərbaycanda elektron ticarət qaydasında xidmət göstərən və ölkə üzrə illik dövriyyəsi 10 min ABŞ dollarını aşan qeyri-rezident rəqəmsal xidmət təchizatçıları üçün vergi orqanında elektron qeydiyyat məcburi olacaq.

Dəyişikliklərin məqsədi beynəlxalq rəqəmsal platformalar üçün vergi öhdəliklərinin yerinə yetirilməsini sadələşdirmək, bərabər rəqabət mühiti yaratmaq və rəqəmsal iqtisadiyyatda şəffaflığı artırmaqdır.

Vergi orqanında qeydiyyatdan keçmiş qeyri-rezident rəqəmsal xidmət təchizatçılarından rəqəmsal xidmətlər əldə edilərkən ƏDV alıcıların hesabından banklar tərəfindən tutulmur. Qeydiyyatdan keçmiş şirkətlər ƏDV-ni özləri hesablayır, bəyan edir və dövlət büdcəsinə ödəyirlər.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?