28 Sentyabr 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin "ATV Səhər" proqramında şərhi Video

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktor müavini Nicat İmanov xidməti müqavilə ilə işləyənlərin vergi öhdəlikləri ilə bağlı sualları cavablandırıb.

Nicat İmanov müsahibəsində bildirib ki, vergi sistemində həyata keçirilən islahatların mərkəzində duran dəyişikliklərdən biri əmək münasibətlərinin şəffaflaşdırılması üçün atılan addımdır.

Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, bu il yanvarın 1-dən biznes subyektlərində və kommersiya təşkilatlarında fəaliyyət göstərən fiziki şəxslərin aldığı aylıq əməkhaqqı 8.000 manatadək olduqda onlardan gəlir vergisi 0 dərəcə ilə hesablanacaq. Halbuki əvvəllər 2.500 manatadək əməkhaqqıdan 14 faiz, 2.500 manatdan çox hissədən isə 25 faiz vergi tutulurdu. Edilmiş dəyişikliklərdə məqsəd faktiki əmək fəaliyyəti göstərib bunu rəsmiləşdirməyən şəxslərin rəsmi əmək münasibətlərinə cəlb olunmasını stimullaşdırmaqdır. Bununla sahibkara açıq mesaj verilir ki, nağd şəkildə əməkhaqqı ödəməsin və əməkhaqqının məbləğini tam şəkildə rəsmiləşdirsin. Bu, qeyri-rəsmi əməkhaqqı ödənişlərinin ağardılmasına xidmət edir.

Əmək müqaviləsi deyil, xidməti müqavilə əsasında çalışan işçilərə gəlincə, fərdi sahibkar digər sahibkara, yaxud hansısa hüquqi şəxsə xidmət göstərirsə, əvvəl 4 faiz sadələşdirilmuş vergi ödədiyi halda indi gəlir vergisinin ödəyicisi sayılır. Belə şəxslər ildə bir dəfə gəlir vergisi bəyannaməsi verəcək və il ərzində əldə etdiyi bütün gəlirindən sənədləşdirilmiş xərcini çıxdıqdan sonra yaranan fərqdən gəlir vergisi ödəyəcək.

Dəyişiklik doğru-dürüst tətbiq edilərsə, bu, ilk növbədə işçiyə, yəni xidmət göstərən tərəfə daha çox sərf edir. Çünki bu güzəştlərin nəticəsində xidmət göstərən şəxs birbaşa, yəni vergisiz gəlir əldə etmək imkanı qazanır. Bunun arxa fonunda daha bir güzəşt də var – sosial sığorta haqları. Əvvəllər işəgötürənlər hər işçiyə görə 22 faiz sosial sığorta haqqı ödəyirdisə, indi bu yük 15 faizə endirilib. İşçinin üzərinə düşən 3 faizlik yük isə 10 faizə qaldırılıb. Yəni sosial sığorta haqları üzrə yük işçi ilə işəgötürən arasında bölüşdürülüb.

İqtisadiyyatAYİB Azərbaycanda iqtisadi artım proqnozlaşdırır SosialMəcburi işburaxma dövrü üçün əməkhaqqı məbləğinin hesablanması VergiTexnologiyalar parkının rezidentinin əməkdaşlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİctimai iaşə xidməti göstərən müəssisədə ƏDV-nin geri qaytarılması necə aparılır? İqtisadiyyatYenilənmiş 5 qəpiklik metal pul nişanı tədavülə buraxılıb Vergi20 Yanvar şəhidinin ailə üzvlərinin hansı vergi güzəşti mövcuddur? Vergiİdxalı əvəz edən mal istehsalçıları hansı vergilərdən azaddır? MüsahibələrMahmud Ul-Həssan Xan: “Pakistan şirkətlərinin Azərbaycan iqtisadiyyatına sərmayə qoymaq üçün böyük imkanları var” MÜSAHİBƏ İqtisadiyyatSinqapurun “Trafigura Pte Ltd” şirkəti ilə anlaşma memorandumları imzalanıb VergiXaricdən əldə edilən gəlirlər üzrə kameral vergi yoxlamasının müddəti nə qədərdir?