4 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət Vergi Xidməti 2025-ci il üzrə illik hesabatını təqdim edib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) 2025-ci il üzrə fəaliyyətinə dair illik hesabatını ictimaiyyətə təqdim edib. 2024-cü il üzrə illik hesabatı kimi, ötən ilin yekunlarına dair hesabat sənədi də DVX-nin rəsmi internet səhifəsində yerləşdirilib.

Vergi sistemində şəffaflığın, nəticəyönümlü idarəetmənin və cəmiyyət qarşısında hesabatlılığın təmin edilməsi baxımından mühüm sənəd olan hesabatda DVX-nin əsas fəaliyyət istiqamətləri üzrə görülmüş işlər və əldə edilmiş nəticələr əksini tapıb. Sənəddə DVX xətti ilə dövlət büdcəsinə cəmi fiskal daxilolmalar, o cümlədən vergi daxilolmaları, vergi hüquqpozmalarına qarşı mübarizə tədbirlərinin nəticələri, beynəlxalq standartların tətbiqi çərçivəsində həyata keçirilən vergi siyasəti, hesabat dövrü üzrə maliyyə göstəricilərinin təsviri və əmək bazarında aparılan vergi islahatlarının nəticələri barədə ətraflı məlumatlar yer alıb.

Bundan başqa, hesabatda 2025-ci il üzrə vergi ödəyicilərinin təsnifatı, vergi ödəyicilərinə göstərilən xidmətlər, rəqəmsallaşma və informasiya təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər, Vergi Ombudsmanının fəaliyyəti, daxil olan müraciətlər və inzibati şikayətlərin baxılması dinamikası, insan kapitalının inkişafı istiqamətində görülən işlər, eləcə də 2019–2025-ci illər üzrə əsas göstəricilərin müqayisəli təhlili təqdim olunub.

DVX-nin 2025-ci il üzrə illik hesabatı ilə bu link vasitəsilə tanış olmaq mümkündür.

VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır?