8 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Konsaltinq şirkətləri və ekspertlərlə növbəti görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) biznes mühitinin daha da yaxşılaşdırılması və sahibkarlıq subyektlərinin qarşılaşdıqları çətinliklərin operativ şəkildə öyrənilməsi məqsədilə dialoq formatında görüşləri davam etdirir.

Növbəti görüş konsaltinq şirkətlərinin nümayəndələri, mühasiblər və ekspertlərin iştirakı ilə “Bəyannamələr və kameral vergi yoxlamaları” mövzusuna həsr olunub. Görüşdə bu sahədə mövcud çətinliklər, təkmilləşdirilməsi zəruri olan məsələlər müzakirə edilib.

Müzakirələr biznes nümayəndələri tərəfindən bildirilən inzibatçılıq, uyğunsuzluq kontrolları və rəqəmsal sahədə mövcud problemlər olmaqla üç əsas istiqamət üzrə aparılıb. Görüş zamanı kameral vergi yoxlamalarında yaranan texniki və metodoloji çətinliklər, o cümlədən vergi bəyannamələrinin və əlavələrin təmilləşdirilməsi zərurəti, NKA (onlayn kassa) və fiskal çek məlumatları üzrə yaranan texniki məqamlar, Dövlət Vergi Xidmətinin informasiya sistemləri ilə inteqrasiya və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı mühasiblərin rastlaşdıqları çətinliklər, həmin çətinliklərlə bağlı bir sıra məqamlar nəzərə alınmaqla qısa müddətdə zəruri düzəlişlərlərin ediləcəyi diqqətə çatdırılıb. Həmçinin iştirakçılara vergi yoxlamalarının monitorinqi zamanı vergidən yayınmaq məqsədilə dəqiqləşdirilmiş bəyannamələr verməklə vergidən yayınma hallarının mövcudluğu və keçirilən kameral vergi yoxlamalarının əsas məqsədinin vergidən yayınma halları ilə bağlı qabaqlayıcı tədbirlər görülməsi, vergi əməletmə intizamının yaradılması olduğu barədə məlumat verilib.

DVX-nin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov bildirib ki, sahibkarların üzləşdikləri çətinliklərin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər növbəti illərdə də ardıcıl şəkildə davam etdiriləcək.

Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin rəis müavini Samir Qəhrəmanov qeyd edib ki, yaxın vaxtlarda sadələşdirilmiş bəyannamə formalarının yaradılması, proseslərin avtomatlaşdırılması, bəyannamələrin əvvəlcədən doldurulması (pre-filling) sisteminin tətbiqi, eləcə də texniki məsələlərin həlli istiqamətində işlərin tamamlanması nəzərdə tutulur.

Görüş iştirakçıların suallarının cavablandırılması, təkliflərinin dinlənilməsi və qarşılıqlı fikir mübadiləsi ilə başa çatı

VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır?