24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
"Uğur Yolu" karyera inkişafı proqramının qalibləri arasında DVX-nin 9 əməkdaşı var

"Uğur Yolu" karyera inkişafı proqramının qalibləri arasında DVX-nin 9 əməkdaşı var

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilən dördüncü "Uğur Yolu" müsabiqəsi yekunlaşıb. İqtisadiyyat Nazirliyində yüksək idarəetmə keyfiyyətinə malik peşəkar kadrların müəyyənləşdirilərək inkişaflarına dəstək göstərilməsi, kadr ehtiyatı bankının formalaşdırılması, innovativ idarəetmə yanaşmalarının təşviq olunması və intellektual potensialın gücləndirilməsi məqsədilə təşkil olunan "Uğur Yolu" karyera inkişafı proqramının dördüncü müsabiqəsində 15 əməkdaş qalib olub. Proqramın nəticələrinə əsasən, həmin əməkdaşlardan 9-u Dövlət Vergi Xidmətini (DVX) təmsil edir.

DVX-nin Hüquq baş idarəsinin Hüquqi aktlarla iş şöbəsinin böyük hüquqşünası Rəhman Cabbarov, Strateji planlaşdırma və təşkilati risklərin idarə olunması baş idarəsinin 2-ci şöbəsinin baş dövlət vergi müfəttişi Nuran Əlizadə Hüquq baş idarəsinin Hüquqi aktlarla iş şöbəsinin baş hüquqşünası Səbinə Cahangirova, Daxili audit baş idarəsinin 2-ci daxili audit şöbəsinin baş dövlət vergi müfəttişi Anar Məcidov, Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin Rəqəmsal iqtisadiyyat üzrə vergitutma şöbəsinin böyük dövlət vergi müfəttişi Lalə Babayeva, Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsinin Məlumatlandırma idarəsinin Görüşlər, koordinasiya və hesabat şöbəsinin baş dövlət vergi müfəttişi Orxan Bağırov, Tədris Mərkəzinin Tədris və metodika şöbəsinin baş mütəxəssisi Fidan Nəcəfova, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin dövlət vergi müfəttişi Səltənət İskəndərova, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Hüquq şöbəsinin böyük hüquqşünası Sərmayə Səmədli yüksək nəticə göstərərək müsabiqədə qalib gəliblər.

Qeyd edək ki, dördüncü “Uğur yolu” müsabiqəsinə ümumilikdə İqtisadiyyat Nazirliyinin 3789 əməkdaşı müsabiqədə iştirak üçün cəlb olunub. Müsabiqənin yekun mərhələsində 46 nəfər iştirak edib, onlardan 15 nəfəri qalib gəlib. Qaliblərə uğurlar və davamlı nailiyyətlər arzu edirik.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?