24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Mərkəzi Bank qiymətli kağızların icarəyə verilməsi əməliyyatının tətbiqinə başlayıb

Mərkəzi Bank qiymətli kağızların icarəyə verilməsi əməliyyatının tətbiqinə başlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta ehtiyatlarının idarəedilməsi üzrə tətbiq etdiyi alətlərin diversifikasiyası və gəlirliliyin artırılması istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində 23 iyul 2026-cı il tarixindən etibarən ilk dəfə olaraq qiymətli kağızların icarəyə verilməsi (securities lending) əməliyyatının tətbiqinə başlayıb.

Qurumun məlumtıan görə, qiymətli kağızların icarəyə verilməsi proqramı Mərkəzi Bankın uzunmüddətli tərəfdaşı və qlobal kastodian bankı olan Bank of Nyu York Mellon (BNYM) tərəfindən həyata keçiriləcək.

Proqram çərçivəsində BNYM tərəfindən Mərkəzi Bankın portfelində olan 1 milyard ABŞ dollarınadək həcmdə borc qiymətli kağızlarının beynəlxalq maliyyə bazarlarında qısamüddətli əsasda icarəyə verilməsi nəzərdə tutulur. Qeyd olunan proqram Mərkəzi Bankın valyuta ehtiyatlarının təhlükəsizlik və likvidlik prinsipləri qorunmaqla əlavə gəlir əldə edilməsinə töhfə verəcək.

Mərkəzi Bank beynəlxalq qabaqcıl təcrübəyə uyğun olaraq valyuta ehtiyatlarının idarə edilməsi çərçivəsinin təkmilləşdirilməsi və ehtiyatların səmərəli idarə olunması istiqamətində tədbirləri bundan sonra da davam etdirəcək.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?