24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Rəqəmsal platforma təsirçisi” adlı uçot təsnifatı yaradılıb

“Rəqəmsal platforma təsirçisi” adlı uçot təsnifatı yaradılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidməti (DVX) tərəfindən rəqəmsal iqtisadiyyatın inkişafı və sosial media üzərindən gəlir əldə edən şəxslərin fəaliyyətinin hüquqi çərçivədə tanınması, eləcə də uçotun şəffaflaşdırılması istiqamətində rəqəmsal vergi inzibatçılığının təkmilləşdirilməsi davam etdirilir. Bu çərçivədə “Rəqəmsal platforma təsirçisi” (kod 6312003) uçot məlumat bazasında fəaliyyət növləri üzrə təsnifata əlavə olunub. Dəyişiklik sosial media üzərindən gəlir əldə edən şəxslərin fəaliyyətinin daha düzgün, dəqiq və şəffaf şəkildə rəsmiləşdirilməsinə imkan yaradır.

Son illərdə sosial şəbəkələr və digər rəqəmsal platformalar üzərindən reklam, marketinq, məhsul və xidmətlərin təşviqi, məzmun istehsalı və əməkdaşlıq layihələri vasitəsilə gəlir əldə edən şəxslərin sayı əhəmiyyətli dərəcədə artıb. Mövcud təsnifatda bu fəaliyyət sahəsinin ayrıca əks olunmaması onların fəaliyyətinin düzgün uçota alınmasını və statistik qiymətləndirilməsini çətinləşdirirdi. Yeni fəaliyyət növünün əlavə edilməsi bu boşluğu aradan qaldıraraq rəqəmsal platforma təsirçilərinin fəaliyyətinin ayrıca və dəqiq şəkildə qeydiyyata alınmasına imkan verir. Eyni zamanda, məhz rəqəmsal platformalar vasitəsilə gəlir əldə edən şəxslərin fəaliyyətinin ayrıca təsnifatlandırılması təmin olunur.

Bu yenilik həm uçotun düzgün aparılmasına, həm də vergi öhdəliklərinin şəffaf və vaxtında yerinə yetirilməsinə xidmət edir. Qeyd olunan dəyişiklik rəqəmsal iqtisadiyyatın inkişafı, vergi intizamının gücləndirilməsi və vergi ödəyicilərinin hüquqlarının qorunması baxımından da mühüm əhəmiyyət daşıyır.

Dövlət Vergi Xidməti qeyd olunan sahədə çalışan vergi ödəyicilərinə fəaliyyətlərini mövcud qanunvericiliyə uyğun şəkildə rəsmiləşdirməyi və yeni fəaliyyət kodunu seçməyi tövsiyə edir.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?