25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Kommersiya hüquqi şəxslərin qeydiyyatı sahəsində yeniliklərlə bağlı görüş keçirilib

Kommersiya hüquqi şəxslərin qeydiyyatı sahəsində yeniliklərlə bağlı görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində yeniliklərə həsr olunmuş onlayn görüş keçirilib. Görüşdə sahibkarlar, hüquq və konsaltinq şirkətlərinin nümayəndələri, biznes subyektlərinin təmsilçiləri və yerli müəssisələrin rəhbərləri iştirak ediblər.

DVX-nin Vergi ödəyicilərinin qeydiyyatı və uçota nəzarət baş idarəsinin şöbə rəisi Leyla Hüseynzadə "Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı: bu sahədə aparılan islahatlar" mövzusunda təqdimatla çıxış edib. O, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın tərkibində fəaliyyət göstərən, DVX-nin rəhbərlik etdiyi "Biznesə daxilolma" işçi qrupu tərəfindən son illər həyata keçirilən təkmilləşdirmə tədbirləri barədə məlumat verib.

Görüş iştirakçılarına işçi qrupunun təşəbbüsü ilə "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklər barədə məlumat təqdim olunub. Bildirilib ki, aparılan islahatlar nəticəsində yerli və xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) elektron dövlət qeydiyyatı prosedurları eyniləşdirilib. Bu yenilik xarici subyektlər üçün elektron qeydiyyat xidmətini tam əlçatan etməklə biznesə başlama prosesini sadələşdirib. Eyni zamanda, kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı zamanı yeni texniki imkanlar yaradılıb.

Qeyd olunub ki, biznes mühitinin daha da təkmilləşdirilməsi istiqamətində islahatlar davam etdirilir. Bu çərçivədə "Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşdirmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2026-cı il üzrə Yol Xəritəsi" çərçivəsində nəzərdə tutulan tədbirlər barədə də iştirakçılara məlumat verilib.

Görüş qarşılıqlı müzakirələr və iştirakçıların suallarının cavablandırılması ilə başa çatıb.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?