25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İstifadəçi təlimatları rəsmi internet saytında yerləşdirilib

İstifadəçi təlimatları rəsmi internet saytında yerləşdirilib

Vergi ödəyicilərinin elektron xidmətlərdən daha rahat və səmərəli istifadəsini təmin etmək məqsədilə “Vergi ödəyicisinin ödədiyi vergilər və məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta haqları barədə arayışın verilməsi”, “Vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərarın qəbul edilməsi məqsədilə müraciət” və “Xarici dövlətdə ödənilmiş verginin Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmasına dair ərizə (DTA 02-Forması)” elektron xidmətləri üzrə istifadəçi təlimatları Dövlət Vergi Xidmətinin rəsmi internet saytında yerləşdirilib. İstifadəçi təlimatları elektron xidmətlərdən istifadə qaydalarını addım-addım izah edir və xidmətlərin daha rahat, sürətli və düzgün şəkildə həyata keçirilməsinə kömək edir.

Təlimatlarla aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:

https://www.taxes.gov.az/az/page/telimatlar

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?