25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
DVX rəisi IOTA-nın 30-cu Baş Assambleyasında iştirak edib

DVX rəisi IOTA-nın 30-cu Baş Assambleyasında iştirak edib

Azərbaycan 2026-2027-ci illər üzrə IOTA İcraiyyə Şurasında yenidən təmsil olunacaq.

Macarıstanın paytaxtı Budapeşt şəhərində Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) 30-cu Baş Assambleyası keçirilib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərlinin rəhbərlik etdiyi nümayəndə heyəti Assambleya çərçivəsində keçirilmiş inzibati sessiyada iştirak edib.

Baş Assambleyanın inzibati sessiyasında Macarıstan Milli Vergi və Gömrük Administrasiyasının rəhbəri vəzifələrini icra edən, rəhbər müavini xanım Şila Tamas çıxış edib. Macarıstanın 2025-2026-cı illər üzrə prezidentliyi barədə məlumat verən Şila Tamaş bu zaman çərçivəsində görülmüş işlər və əldə edilmiş nəticələr barədə danışıb. Sonra IOTA-nın cari və ortamüddətli perspektivdə fəaliyyətini əhatə edən sənədlər səsvermə yolu ilə təsdiq edilib. İştirakçılar Təşkilatın strateji prioritetləri, idarəetmə məsələləri, 2027-ci il büdcəsi və 2027-ci il üzrə IOTA İş Proqramı barədə müzakirələr aparıblar.

Baş Assambleyanın inzibati sessiyasında 2026-2027-ci illər üzrə IOTA-nın prezidenti vəzifəsinə Şimali Makedoniya Dövlət Gəlirləri İdarəsinin Baş Direktoru Elena Petrova təyin edilib. Sessiya çərçivəsində IOTA İcraiyyə Şurasına üzvlərin seçilməsi məqsədilə səsvermə də keçirilib. Səsvermə nəticəsində Azərbaycan Respublikası İcraiyyə Şurasına 2026-2027-ci illər üzrə üzv seçilib. Qurumun prezidentliyini həyata keçirən Şimali Makedoniya Dövlət Gəlirləri İdarəsi İcraiyyə Şurasına sədrlik edəcək.

Bununla yanaşı, Baş Assambleyanın inzibati sessiyası çərçivəsində Rəhbərlər Paneli keçirilib. Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Rəhbərlər Panelində panelist qismində iştirak edib. Müzakirələr zamanı IOTA-nın gələcək fəaliyyət istiqamətləri, qarşıdakı illərdə vergi administrasiyalarının üzləşəcəyi çətinliklər, üzv vergi administrasiyaları arasında praktiki əməkdaşlığın daha da gücləndirilməsi, təcrübə və bilik mübadiləsinin təşviqi, habelə təşkilatın bu istiqamətlərdə gələcək rolu və prioritetləri ətrafında fikir mübadiləsi aparılıb.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?