25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Üfüqi monitorinq çərçivəsində məlumat mübadiləsinə dair inzibati reqlament təsdiqlənib

Üfüqi monitorinq çərçivəsində məlumat mübadiləsinə dair inzibati reqlament təsdiqlənib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) “Üfüqi monitorinqə qəbul edilən vergi ödəyiciləri tərəfindən vergilərin hesablanması və ödənilməsi ilə bağlı sənədlərin və məlumatların bu məqsədlə yaratdıqları məlumat mübadiləsi platformasında yerləşdirilməsi və vergi orqanının həmin platformaya çıxışının təmin edilməsi ilə bağlı inzibati reqlament” təsdiq olunub.

Reqlament Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin tətbiqi və DVX tərəfindən təsdiq olunmuş müvafiq Tədbirlər Planının icrası çərçivəsində hazırlanıb. Sənəd üfüqi monitorinqə cəlb olunan vergi ödəyiciləri ilə vergi orqanları arasında məlumat mübadiləsinin təşkili, vergilərin hesablanması və ödənilməsi ilə bağlı məlumatların operativ və etibarlı şəkildə əldə olunmasına xidmət edir.

Üfüqi monitorinq vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı etimada, şəffaflığa və açıq məlumat mübadiləsinə əsaslanan əməkdaşlıq modelidir. Yeni reqlamentə əsasən, üfüqi monitorinq iştirakçıları vergilərin hesablanması və ödənilməsi ilə bağlı sənədləri və məlumatları bu məqsədlə yaratdıqları məlumat mübadiləsi platformasında yerləşdirəcək, vergi orqanı isə həmin platformaya çıxış əldə etməklə məlumatları operativ şəkildə qiymətləndirə biləcək. Bu yanaşma vergi risklərinin vaxtında müəyyən edilməsinə, mümkün uyğunsuzluqların erkən mərhələdə aradan qaldırılmasına və vergi inzibatçılığının daha səmərəli həyata keçirilməsinə imkan yaradacaq.

Qeyd edək ki, reqlamentin tətbiqi vergi ödəyiciləri ilə vergi orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsinə, könüllü əməletmə səviyyəsinin artırılmasına və müasir rəqəmsal həllər əsasında vergi nəzarətinin təkmilləşdirilməsinə töhfə verəcək.

Sənəd 2026-cı il yanvarın 1-dən qüvvəyə minib.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?