12 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İkiqat vergitutmanın aradan qaldırılmasına dair yeni Konvensiya layihəsi üzrə danışıqlar aparılıb

Böyük Britaniyanın London şəhərində Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında gəlirlərə və əmlakın dəyərinin artımından əldə olunan gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınmasına dair yeni Konvensiya layihəsi üzrə danışıqların birinci mərhələsi keçirilib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndə heyəti ilə Böyük Britaniyanın Vergi və Gömrük Administrasiyasının (HM Revenue and Customs – HMRC) səlahiyyətli nümayəndələrinin iştirak etdiyi görüşdə Konvensiya layihəsinin əsas müddəaları ətrafında müzakirələr aparılıb.

Müzakirələr zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin rəisi Orxan Musayev bildirib ki, Konvensiyanın imzalanması iki ölkə arasında iqtisadi əlaqələrin və qarşılıqlı investisiyaların inkişafına mühüm töhfə verəcək, investorlar üçün daha əlverişli vergi mühitinin formalaşmasına şərait yaradacaq. Qeyd olunub ki, sənəd məlumat mübadiləsi və vergi borclarının yığılması sahələrində əməkdaşlığın gücləndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.

Danışıqların nəticəsi olaraq Konvensiya layihəsinin vergitutmaya dair əksər müddəaları üzrə razılıq əldə olunub. Bununla yanaşı, tərəflər bir sıra müddəalar üzrə mövqelərini yaxınlaşdırıb, bəzi məsələlərin müzakirəsinin növbəti raundda davam etdirilməsi barədə razılığa gəliblər. Danışıqların nəticələri tərəflər arasında imzalanmış “Razılaşdırılmış dəqiqələr” sənədi ilə rəsmiləşdirilib.

Müzakirələr konstruktiv, qarşılıqlı anlaşma və əməkdaşlıq şəraitində keçib. Tərəflər açıq qalan məsələlərin müzakirəsinin davam etdirilməsi məqsədilə danışıqların ikinci mərhələsinin cari ilin noyabr ayında Bakıda keçirilməsi barədə ilkin razılıq əldə ediblər.

Danışıqlar çərçivəsində Azərbaycan nümayəndə heyəti Vergi və Gömrük Administrasiyasının Biznes, Aktivlər və Beynəlxalq departamentinin rəhbəri cənab Con Şerman ilə də görüş keçirib. Görüş zamanı iki ölkənin vergi orqanları arasında əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Tərəflər beynəlxalq vergitutma, vergi inzibatçılığı, habelə vergi hüquqpozmalarına qarşı mübarizə və cinayət xarakterli vergi araşdırmaları sahələrində təcrübə mübadiləsinin genişləndirilməsi və əməkdaşlığın daha da gücləndirilməsi barədə razılığa gəliblər.

Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?