6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib

Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib. Tədbirdə vergi orqanları əməkdaşlarının övladları ilə yanaşı Bakı şəhəri 1 və 2 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərinin şagirdləri də iştirak ediblər.

Tədbirin əsas məqsədi məktəblilərdə erkən yaşlardan maliyyə və vergi savadlılığının formalaşdırılması, vergilərin cəmiyyətin və dövlətin inkişafındakı rolunun izah edilməsi, habelə dövlət qurumlarının fəaliyyəti barədə onların məlumatlılığının artırılması olub.

Tədbir çərçivəsində şagirdlər üçün vergi və maliyyə savadlılığı mövzusunda interaktiv təqdimat təşkil edilib. Təqdimat zamanı iştirakçılara vergilərin yaranma tarixi, əsas vergi növləri, vergi sisteminin iqtisadi inkişafın təmin edilməsində rolu, dövlət büdcəsinin formalaşdırılması və vəsaitlərin müxtəlif sosial sahələrə yönəldilməsi, büdcənin səmərəli idarə edilməsi və s. barədə ətraflı məlumat verilib. Bununla yanaşı, karyera yönümlü sessiya da təşkil olunub. Sessiyada şagirdlər vergi orqanlarının fəaliyyət istiqamətləri, dövlət qulluğunda karyera imkanları, peşə seçiminin əhəmiyyəti və gələcək əmək bazarında tələb olunan bacarıqlarla bağlı məlumat əldə edib, onları maraqlandıran suallara cavab alıblar.

Daha sonra məktəblilər Dövlət Vergi Xidmətinin fəaliyyəti ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Onların vergi ödəyicilərinə xidmət prosesində müşahidəçi qismində iştirakı təmin olunub, xidmət mərkəzlərinin iş prinsipləri, vətəndaş müraciətlərinin qəbulu və emalı mexanizmləri barədə məlumatlar diqqətə çatdırılıb. Sonda tədbirin iştirakçıları ilə xatirə şəkilləri çəkdirilib.

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması