6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 8,2 faiz artıb

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 8,2 faiz artıb

2026-cı ilin yanvar-may ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 7 milyard 825,3 milyon manatdan çox vergi daxil olub ki, bu da proqnoza nisbətən 130,3 milyon manat çoxdur. Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 6 milyard 187,7 milyon manat təşkil edib və büdcəyə proqnozdan əlavə 109,7 milyon manat vəsait ödənilib. 2025-ci ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 471,5 milyon manat və ya 8,2 faiz artıb.

2026-cı ilin yanvar-may aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 milyard 806,8 milyon manata yaxın olub, proqnozdan əlavə 159,1 mln. manata yaxın vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 1 milyard 877,7 milyon manatdan çox təşkil edib.

Həmin dövrdə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 100,2 milyon manat olub, proqnozdan əlavə 4,5 mln. manatdan çox vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 77,7 milyon manatı ötüb.

İcbari tibbi sığorta haqları üzrə daxilolmaların həcmi 426,1 milyon manatdan çox olub, proqnozdan əlavə 11 mln. manatdan çox vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 284,7 milyon manatı ötüb.

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması