6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Vergi ombudsmanı sahibkarlarla növbəti görüş keçirəcək

Vergi ombudsmanı sahibkarlarla növbəti görüş keçirəcək

Vergi ödəyicilərinin hüquqlarının qorunması, onların müraciət və təkliflərinin öyrənilməsi, habelə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirən Vergi ombudsmanı növbəti görüşünü sahibkarlarla keçirəcək.

Görüş iyunun 19-da saat 14:30-da 10 saylı Ərazi Vergilər İdarəsində təşkil olunacaq. Tədbirə dövlət mülkiyyətinə aid edilməyən və “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na uyğun olaraq mikro sahibkarlıq subyekti hesab edilməyən vergi ödəyiciləri dəvət olunacaqlar. Müzakirələrdə Dövlət Vergi Xidmətinin aidiyyəti struktur bölmələrinin nümayəndələri iştirak edəcəklər.

Görüşün keçirilməsində əsas məqsəd vergi ödəyicilərinin vergi və sığorta qanunvericiliyinin tətbiqi zamanı qarşılaşdıqları çətinlikləri müəyyənləşdirmək, onların rəy və təkliflərini öyrənmək, göstərilən xidmətlərin keyfiyyətinin artırılması üçün aktual məsələləri müzakirə etməkdir. Tədbir çərçivəsində sahibkarları maraqlandıran suallar cavablandırılacaq, səsləndirilən təkliflər ümumiləşdirilərək aidiyyəti üzrə qiymətləndiriləcək.

Qeyd edək ki, vergi ödəyiciləri ilə birbaşa dialoqun təşkili, onların hüquq və qanuni maraqlarının müdafiəsi, habelə vergi inzibatçılığı sahəsində mövcud problemlərin operativ şəkildə müəyyənləşdirilməsi Vergi ombudsmanının fəaliyyətinin əsas istiqamətlərindəndir. Bu məqsədlə sahibkarlarla mütəmadi görüşlər keçirilir, onların müraciətləri araşdırılır və vergi ödəyicilərinə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir.

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması