6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Ali təhsil müəssisələrinin tələbələri arasında debat turniri təşkil olunacaq

Ali təhsil müəssisələrinin tələbələri arasında debat turniri təşkil olunacaq

Vergi mədəniyyətinin və maliyyə savadlılığının təşviqi, tələbələr arasında vergi siyasəti və vergitutma sahəsinə marağın artırılması məqsədilə ilk dəfə olaraq ali təhsil müəssisələrinin tələbələri arasında debat turniri keçiriləcək.

Debat turniri 5-7 iyun tarixlərində Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin Şamaxı rayonunda yerləşən inzibati binasında təşkil ediləcək. Tədbir Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir. Tədbirin əsas məqsədi təhsilalanlar və təhsilverənlər arasında vergi mədəniyyətinin və maliyyə savadlılığının təşviqi, tələbələrdə analitik düşüncə, məntiqi təhlil və ictimai çıxış bacarıqlarının inkişaf etdirilməsi, eyni zamanda vergi sahəsinə marağın artırılmasıdır.

Debat turnirində 29 ali təhsil müəssisəsindən Azərbaycan, ingilis və rus bölmələri olmaqla 64 debatçı iştirak edəcək. Qaydalara əsasən, debat turniri hazırlıq və final mərhələsindən ibarət olacaq. Turnirin hazırlıq mərhələsində komandaların bölgüsü, hakim heyətinin formalaşdırılması və püşkatma prosesi həyata keçiriləcək. Debat mövzuları iştirakçılara turnirdən 14 gün əvvəl elan olunub.

Debatlar hakimlər tərəfindən xüsusi qiymətləndirmə meyarları əsasında dəyərləndiriləcək. Debatın mərhələlərində ən yüksək nəticə göstərən iki komanda final mərhələsinə vəsiqə qazanacaq. Finalda qalib komanda hakimlərin qərarı ilə müəyyən ediləcək və xüsusi hədiyyələrlə mükafatlandırılacaq, həmçinin ən yaxşı 10 natiq təltif olunacaq.

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması