6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Vergilər” mövzusunda ümumrespublika olimpiadasının seçim turu keçirilib

“Vergilər” mövzusunda ümumrespublika olimpiadasının seçim turu keçirilib

Mayın 26-da ali təhsil müəssisələrinin tələbələri arasında təşkil olunan “Vergilər” mövzusunda ümumrespublika olimpiadasının seçim turu keçirilib.

Elm və Təhsil Nazirliyi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti arasında əməkdaşlıq çərçivəsində keçirilən olimpiadanın seçim mərhələsində respublikanın müxtəlif ali təhsil müəssisələrini təmsil edən 352 tələbə iştirak edib. İştirakçılar vergi sistemi və vergi qanunvericiliyi üzrə hazırlanmış test suallarını cavablandırıblar.

Seçim turunun nəticələrinə əsasən 50-dən yuxarı ən yüksək nəticə göstərən tələbələr final mərhələsinə vəsiqə qazanıblar. Final mərhələsinin iyunun 12-14 tarixlərində Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin Şamaxı rayonunda yerləşən inzibati binasında keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, olimpiadanın keçirilməsində məqsəd tələbələr arasında vergi mədəniyyətinin və maliyyə savadlılığının təşviqi, vergi sahəsinə marağın artırılması, həmçinin bu istiqamətdə bilik və bacarıqların inkişaf etdirilməsidir.

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması