6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
DVX nümayəndələri iqtisadi cinayətlərlə mübarizə üzrə regional seminarda iştirak ediblər

DVX nümayəndələri iqtisadi cinayətlərlə mübarizə üzrə regional seminarda iştirak ediblər

Fransanın paytaxtı Paris şəhərində Avropa Şurası və Avropa İttifaqı tərəfindən həyata keçirilən “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq” birgə proqramının üçüncü mərhələsi (PGG III) çərçivəsində “Şərq Tərəfdaşlığı regionunda iqtisadi cinayətlərin qarşısının alınması və onunla mübarizə tədbirlərinin gücləndirilməsi” mövzusunda regional seminar təşkil olunub. Seminarda Azərbaycanın dövlət qurumlarının, maliyyə monitorinqi və nəzarət orqanlarının nümayəndələri iştirak ediblər.

Azərbaycan nümayəndə heyətində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Maliyyə monitorinqi şöbəsinin rəisi Orxan Abdinov və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin əməkdaşı Rauf Əsgərov da təmsil olunublar.

Seminar çərçivəsində iştirakçılara MONEYVAL qarşılıqlı qiymətləndirmə hesabatları, FATF standartları üzrə peşəkar biliklərin artırılması, qeyri-maliyyə institutları və peşə sahibləri üzrə ƏL/TMM nəzarəti sahəsində mövcud boşluqların diaqnostikası, həmçinin FATF metodologiyası çərçivəsində 6-cı raund hazırlıqları ilə bağlı praktiki məsələlər təqdim olunub.

Tədbirdə risk əsaslı nəzarət yanaşmaları, yüksək riskli subyektlərin prioritetləşdirilməsi, nəzarət resurslarının risklərə uyğun bölüşdürülməsi, məsafədən nəzarət və yerində yoxlama mexanizmləri, tematik yoxlamalar, şübhəli əməliyyatların aşkarlanması alətləri, eləcə də qeyri-maliyyə sektorunda nəzarətin xüsusiyyətləri geniş şəkildə müzakirə olunub.

Tədbir çərçivəsində DVX nümayəndəsi Orxan Abdinov ölkəmizdə qeyri-maliyyə institutları və peşə sahibləri sektorunda həyata keçirilən institusional islahatlar, ƏL/TMM nəzarətinin gücləndirilməsi istiqamətində görülən tədbirlər və risk əsaslı yanaşmalar barədə təqdimatla çıxış edib. Təqdimatda qeyri-maliyyə sektorunda nəzarət sisteminin təkmilləşdirilməsi, MONEYVAL tövsiyələrinin icrası istiqamətində görülən tədbirlər, beynəlxalq standartlara uyğun nəzarət mexanizmlərinin tətbiqi, aidiyyəti qurumlar arasında koordinasiya və maarifləndirmə tədbirləri barədə ətraflı məlumat verilib.

Seminarın növbəti günündə virtual aktivlər və kriptovalyuta əməliyyatları, benefisiar mülkiyyətçiliyin gizlədilməsi, nominal sahiblik strukturları və sanksiyalardan yayınma mexanizmləri kimi yeni risk istiqamətləri üzrə müzakirələr aparılıb. Ekspertlər tərəfindən rəqəmsal nəzarət alətlərinin tətbiqi, analitik imkanların gücləndirilməsi və beynəlxalq məlumat mübadiləsinin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycan nümayəndələri seminar çərçivəsində keçirilən müzakirələrdə, praktiki sessiyalarda və təcrübə mübadiləsində fəal iştirak ediblər.

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması