6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dövlət Vergi Xidmətinin əməkdaşları arasında keçirilən minifutbol turniri başa çatıb

Dövlət Vergi Xidmətinin əməkdaşları arasında keçirilən minifutbol turniri başa çatıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turniri yekunlaşıb.

Yarışın bağlanış mərasimində DVX rəisinin müavini İlkin Vəliyev, DVX-nin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Firudin Mehdizadə və İnsan resursları baş idarəsinin rəis müavini Ceyhun Mehdiyev iştirak ediblər. Tədbirdə çıxış edən İlkin Vəliyev turnirin sağlam həyat tərzinin təşviqi məqsədi daşıdığını vurğulayaraq bildirib ki, yarış yüksək komanda ruhu, qarşılıqlı hörmət və dostluq prinsipləri əsasında keçirilib. O, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan gəncliyinə və idmana daim xüsusi diqqət göstərdiyini, sağlam və vətənpərvər nəslin formalaşmasını dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirdiyini qeyd edib.

Bir aydan artıq davam edən turnirdə DVX-nin Aparatı və strukturuna daxil olan qurumları təmsil edən 13 komanda, ümumilikdə 130 əməkdaş mübarizə aparıb.

Gərgin və maraqlı mübarizə ilə yadda qalan turnirin final qarşılaşması 7:2 hesabı ilə başa çatıb. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin komandası parlaq qələbə qazanaraq turnirin qalibi olub. Yarışın nəticələrinə əsasən, ikinci yeri Milli Gəlirlər Baş İdarəsinin komandası tutub. Üçüncü yer uğrunda keçirilən gərgin görüşdə isə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin komandası bürünc medala sahib olub.

Turnirin yekununda qalib komandaya kubok, ilk üç yeri tutan komandaların üzvlərinə medallar təqdim olunub. Həmçinin müxtəlif kateqoriyalar üzrə fərqlənən oyunçular fərdi nominasiyalar üzrə mükafatlandırılıblar.

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması