4 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

DVX-də “Startap” şəhadətnaməsi almış vergi ödəyiciləri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların qarşılaşdıqları çətinliklərin öyrənilməsi və biznes mühitinin təkmilləşdirilməsi məqsədilə keçirilən silsilə görüşlər davam etdirilir. Növbəti belə görüş DVX-nin Vergi siyasəti baş idarəsi ilə “Startap” şəhadətnaməsi almış vergi ödəyiciləri arasında keçirilib.

Tədbirdə bildirilib ki, sahibkarlarla görüşlər biznes mühitində mövcud çağırışların operativ şəkildə müəyyənləşdirilməsi və effektiv həll mexanizmlərinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Görüş zamanı vergi ödəyiciləri bu sahədə mövcud vəziyyət və inkişaf perspektivləri barədə məlumat verib, ekosistemin inkişafı üçün vacib hesab etdikləri təklifləri səsləndiriblər. Müzakirələr zamanı “Startap” şəhadətnaməsi üzrə tətbiq olunan güzəşt müddətləri, maliyyələşdirmə imkanlarının genişləndirilməsi, eləcə də innovativ təşəbbüslərə əlavə dəstək mexanizmləri diqqət mərkəzində olub.

Yekunda dövlət - biznes əməkdaşlığının daha da inkişaf etdirilməsi və vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində sahibkarların rəy və təkliflərinin öyrənilməsi üçün görüşlərin davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.

VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır?